Uludağ

Uludağ (türk. Uludağ [uˈɫudaː]; antik dövrlərdə Kiçik Olimp adlanmış.) — Bursa ili daxilində yerləşən, Uludağ silsiləsinin ən yüksək zirvəsi. Uludağ həm də, Mərmərə regionunun ən yüksək zirvəsi hesab oilunur. Ümumi uzunluğu 40 km, eni 15–20 km arasında dəyişir. Dağın Bursaya baxan hissəsi az meyilli, digər cənub yamacı isə dikdir.[2] Ərazinin ən yüksək nöqtəsi Uludağ təpə adlanır(2543 m).

Uludağ
türk. Uludağ
Ümumi məlumatlar
Dağ sistemi Uludağ
Mütləq hündürlüyü 2543[1]
Nisbi hündürlüyü 1504 m
Yerləşməsi
40°04′21″ şm. e. 29°13′05″ ş. u.HGYO
Ölkə  Türkiyə
Region
Vilayət
Uludağ xəritədə
Uludağ
Uludağ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uludağın tarix səhnəsindəki ilk adı “Her zaman parıldayan” mənasını daşıyan "Olympos" olmuşdur. Tarixi mənbələrə görə E.ə. 2000-ci illərdə, Hititlər dövründə mövcud olan Luvilərdən üzü bu yana Uludağ, Olympos adını daşıyır.[3] Antik dövrün ilk tarixçilərindən Herodot (E.ə. 490-E.ə. 420) yazdığı Tarix adlı kitabında Uludağ, "Olympos" olarak geyd edilmişdir. Herodotdan 400 il sonra coğrafiyaçı Strabon (E.ə. 64-E.ə. 21) yazdığı 17 kitabdan ibarət Coğrafiya kitabında Uludağ, Olympos ve Mysia Olympos kimi göstərilib. Roma İmperiyası dövründə rəsmi din xristianlıq olan zaman Uludağda keşişlərin məskunlaşdığı ilk manastırlar tikilmiş və VIII əsrdə ən yüksək səviyyəsinə gəlib çatmışdır. Uludağın Nilüfer çayı ilə Dəliçay arasındakı vadidə və ətraf təpələrdə 28 manastır tikilmişdir. Orxan Qazı Bursanı ələ keçirdikdən sonra dağdakı manastırların bir çoxu tərk edilmiş, bəzilərinin yerində isə Doğlu Baba, Geyikli Baba, Abdal Murat kimi müsəlman dərvişlərin məskunlaşma yerləri olmuşdur. Məhz Bursanın ələ keçirilməsindən sonra türklər dağa "Keşiş Dağı" adını vermişdilər. "Olympos Mysios" və ya "Keşiş dağı" adı 1925-ci ildə Bursa Vilayəti Coğrafiya Cəmiyyətinin təklifi və Osman Şevki Bəyin səyləri nəticəsində dəyişdirilərək "Uludağ" adlandırılmışdır.[4]

Uzaqdan, Bursa tərəfdən dağa baxarkən görünən yüksək təpə ərazinin ən yüksək zirvəsi kimi qəbul edilir. Əslində zirvə kimi görünən bu təpənin adı Keşiş Təpədir və hündürlüyü 2486 metrdir. Uludağ təpə və ya Qaratəpə (2543 m) Keşiş Təpənin 5 km cənub-şərqində yerləşir. Dağın şimal tərəfində Sarıalan, Kirazlı, Kadı, Sobra yaylaları vardır.[5] Uludağda qış aylarında çox yağan qar səbəbi ilə qarın qalınlığı 4 metrə çatır və qar örtüyü 2000 m hündürlüyündə ən azı 7 ay qalır. Bu durum, Uludağda qış turizminin inkişafına səbəb olmuşdur. Orta temperatura Bursada (100 m) 14,5˚C olduğu halda, Uludağda (1878 m) 4,8 ˚C-yə düşür. Uludağda Dekabr, Yanvar, Fevral, Mart aylarında orta temperatura 0 °C-nin aşağısında olur. Uludağda ən soyuq ayın orta temperaturu –4,1 ˚C, ən isti ayın orta temperaturu isə 13,9 ˚C-dir. Uludağın şimalı ətəklərində orta illik yağıntı 674 mm, Uludağ Metroloji Stansiyasında isə orta illik yağınti 1453 mm-ə qədər yüksəlir.[6]

Uludağda qış turizmi.

Buzlaq mənşəli gölləri

[redaktə | mənbəni redaktə et]

Uludağ ərazisində pleystosen epoxasına aid buzlaq izləri, zirvə boyu bir çox yerdə buzlaq şirkləri geniş yayılmışdır. Sirklər zirvənin şimal hissəsində relyefin ən gözə çarpan forması kimi diqqəti cəlb edir. Bu sirklər yerləşməsinə görə üş qrupa bölünür: a)Qərb qrupu; b)Mərkəzi qrup; c)Şərq qrupu.[7] Məhz bu sirklər ərazisində buzlaq mənşəli göllər yerləşib. Bəziləri yayda quruyan 7 ədət buzlaq mənşəli göl var. Ən böyükləri Kara göl, Kilimli göl, Aynalı göl, Buzlu göl və yayda quruyan Heybeli göldür.

Bitki və heyvanat aləmi

[redaktə | mənbəni redaktə et]

Bu bölgə floranın özünəməxsusluğu ilə fərqlənən ərazilərdən biridir. Mart ayından başlayaraq bitki aləminə olan canlanma tədricən yay boyu yüksək qurşağa doğru dəyişir. Əsasəndə meşə qurşağından yuxarıda yerləşən ərazidə formalaşan bitki örtüyü öz endemikliyi ilə fərqlənir. Uludağda bitki aləminin palaşmasının aşağıdakı hündürlük qurşaqları ayrılır:

2300 metrdən yüksəkdə alp və subalp çəmənlikləri yayılıb.[8]

Uludağ Milli Parkında canavar, tülkü, sincab, dovşan, ilan, qaban, kərtənkələ, qartal, bayquş, dağ bülbülü, sərçə kimi fərqli heyvan və quş növləri yayılmışdır. Saqqallı kərkəz (Grpaetus barbatus) isə endemik növ hesab edilir.46 növ kəpənək növü ərazidə yayılmış və bunlardan Apollon kəpənəyi daha çox diqqəti cəlb edir.

  1. "Uludag Tepe, Turkey". 2013-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-01.
  2. "Türkçebilgi". Türkçe Genel Başvuru və Biligi Sitesi. Uludağ (dağ) nedir? Arxivləşdirilib 2016-10-09 at the Wayback Machine
  3. "Uludağ'ın Tarihi. Olympos'dan Uludağ'a". 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-03.
  4. Uludağın Tarihçesi[ölü keçid]
  5. "Uludag tanitim yazısı". 2020-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-03.
  6. Muhammed Zeynel ÖZTÜRK. Türk Coğrafya Dergisi."Uludağ (Zirve) ve Bursa Meteoroloji İstasyonlarının Karşılaştırmalı İklimi" Arxivləşdirilib 2018-03-27 at the Wayback Machine Sayı 55: 13-24, İstanbul
  7. ERİNÇ, Dr. Sırrı."Uludağ üzerinde glasyal şekiller" Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Uludağ Üzerinde Glasal Morfoloji Araştırmaları. Erişim tarihi: 9 Mart 2015. s.83
  8. Uludağ' ın Bitki Örtüsü (Florası)[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]