Spil dağı

Spil dağı (türk. Spil Dağı, q.yun. Σίπυλος) ― əvvəllər Lidiyalıların ana vətəni olmuş, hal-hazırda isə Türkiyənin Ege regionunda yerləşən Manisa ilində tarixi və əfsanəvi dağ. Dağın mütləq hündürlüyü 1 513 metrdir.

Spil dağı
Ümumi məlumatlar
Mütləq hündürlüyü 1.513 m
Yerləşməsi
38°34′12″ şm. e. 27°27′00″ ş. u.HGYO
Ölkə
Spil dağı xəritədə
Spil dağı
Spil dağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uçurumun səthinə həkk olunmuş Manisa relyefi Manisadan bir neçə kilometr şərqdə, Spil dağının yaxınlığında tapılmışdır. Relyefdə təsvir olunan şəxsin ilahə Kibela olduğu təyin edilmişdir. Relyef eramızdan əvvəl II minilliyin sonlarına, Hettlərin hakimiyyəti dövrünün sonuna və ya Luvi dövrünə aid edilir. Heykəl Türkiyədə Taş Suret ("daş fiqur") adı ilə tanınır və bəzən beynəlxalq ədəbiyyatda da belə adlandırılır. Əfsanəyə görə, dağ ana tanrıçanın ən sevdiyi yer sayılırdı. Köhnə bir mifə görə, heykəl Tantalusun çirkin oğlu Broteas tərəfindən həkk edilmişdir.

Bizans şərhçisi İoann Lid qeyd edir ki, 7-ci əsrə aid, müəllifi məlum Titanomachy poemasında Zevsin doğum yeri Krit deyil, Lidiya olaraq göstərilmişdir və bu da Spil dağını işarə edir.

"Sipilus" və ya "Sipilum" adına ilk dəfə Böyük Plinin tərəfindən istinad edilmişdir. Həmçinin ərazidən qurucusunun şərəfinə "Tantalis" və ya "Tantalın şəhəri" adlandırılmış şəhərin yeri olaraq da bəhs edilir. Şəhərin dağın üstündə və ya yaxınlığında yerləşdiyi ehtimal edilir və şəhərın dağıntılarının eramızın əvvəllərinə qədər göründüyü bildirilir.

Həmin Tantal yunan mifologiyasında öz oğlu Pelopsu kəsib tanrılara yemək kimi bəxş etməsi barədə olan iddialara görə məşhurdur. Buna baxmayaraq, mənbələrdə Pelopsun sonradan onun adını daşıyan Peloponnes yarımadasına köçdüyü və orada bir krallıq qurduğu qeyd edilir.

Tantalın qızı Niobe Manisa şəhəri ilə üzbəüz yerləşən təbii qaya formalaşması, "Ağlayan Qaya" (türk. "Ağlayan Kaya") ilə əlaqələndirilir.

Əfsanəyə görə yunan tanrıları Apollo və Artemisin Spil dağında Niobenin 14 uşağının hamısını öldürdükləri söylənilmiş və bunun ardından kədərlənmiş Niobe daşa dönmüşdür.[2][3][4]

1960-cı illərdə dağ və ətrafındakı minlərlə hektar ərazini əhatə edən meşədə əhəmiyyətli dərəcədə bərpa işlərinə başlandı.[5] O vaxtdan bəri Spil dağı Milli Parkı bir çox xarici və yerli turisti cəlb edir. Məşhur "Ağlayan qaya" hələ də ziyarət olunur.

Dağ bütövlükdə sıx meşə sahəsinin mənzərəsini təqdim edir və çöl lalələri ilə məşhurdur. Dağ həm də düşərgə, paraşütlə tullanma, gəzinti və digər dağ idmanları üçün ümumi bir yerdir. 

Avtomobil yolu qədim səyyahlar və yazıçılar tərəfindən təsvir edilmiş Sipil dağı ilə Yamanlar dağı arasında yerləşən Sabuncubeli aşırımından keçərək iki metropol mərkəzini — İzmir və Manisanı birləşdirir. Dik və bükülmüş Sabuncubeli keçidini keçəm üçün 2011–2018-ci illərdə 6 480 metr uzunluğundakı Sabuncubeli tuneli inşa edilmişdir.[6][7][8]

  1. 1 2 GEOnet Names Server. 2018.
  2. Psevdo-Apollodor, Biblioteka, iii.46.
  3. Kvint Smirnskiy, i.390ff Theoi.com on-line quotation Arxivləşdirilib 2008-05-15 at the Wayback Machine
  4. Ovid, Metamorfozlar. VI.145–310.
  5. George Maxim Anossov Hanfmann; Jane C. Waldba. A survey of Sardis and the major monuments outside the city walls. Harvard University Press. 1975. səh. 171. ISBN 978-0674857513.
  6. Kuşen, Mustafa. "Sabuncubeli Tüneli uzatılınca açılışı 2016 sonuna kaldı". Zaman qəzeti (türk). 2013-07-17. 2014-04-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-18.
  7. "Sabuncubeli Tüneli Ranta mı Dönüşüyor?". Manisa Manşet (türk). 2013-07-19. 2014-04-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-18.
  8. "İzmir-Manisa arasını 15 dakikaya indiren Sabuncubeli Tünelleri ulaşıma açıldı". TRT Haber (türk). 2018-06-11. 2018-07-15 tarixində orijinalından arxivləşdirilib.