Ulul-əzm peyğəmbər

Ulul-əzm peyğəmbərAllah-taala belə peyğəmbərə məxsus kitab və ayrıca şəriət əta edir. Qurani-Kərimdə qeyd olunur:

" (Ya Rəsulum!) Peyğəmbərlərdən əzm (və səbat, şəriət) sahibləri olanların səbir etdiyi kimi, sən də səbir et. (Müşriklərə) tez (əzab) gəlməsini istəmə. Onlar və’d olunduqlarını (əzabı) görəcəkləri gün gündüzün ancaq bir saatı qədər (dünyada) qaldıqlarını sanacaqlar. (Bu Quran Allah dərgahından sizə olan) bir xəbərdarlıqdır. Fasiq bir qövmdən başqası da heç məhv edilərmi?![1] "

Ulul-əzm peyğəmbərlər 5 nəfərdir:

  1. Nuh peyğəmbər[2]
  2. İbrahim peyğəmbər[2][3]
  3. Musa peyğəmbər[4]
  4. İsa peyğəmbər[5]
  5. Məhəmməd peyğəmbər[6]

Şura surəsində qeyd olunur:

" (Ya Peyğəmbər!) Allah: "Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa düşməyin!" - deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya, və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi. Sənin dəvət etdiyin (tövhid dini) müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni özünə (peyğəmbər) seçər və tövbə edib Ona tərəf qayıdan kimsəni də doğru yola yönəldər![7] "

Eləcə də, Əhzab surəsində qeyd olunur:

" Xatırla ki, Biz bir zaman peyğəmbərlərdən əhd almışdıq: səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da! [8] "
  1. Əhqaf surəsi, 35
  2. 1 2 And olsun ki, Biz Nuhu və İbrahimi (peyğəmbər) göndərdik, peyğəmbərliyi və kitabı (Tövratı, Zəburu, İncili və Quranı) onların nəslinə verdik. Onlardan doğru yolda olan da vardır, çoxu isə (Allahın itaətindən çıxmış) fasiqlərdir! (Hədid surəsi, 26)
  3. Halbuki Biz İbrahim övladına da kitab və hikmət vermişdik və onlara böyük mülk (hökmranlıq) bəxş etmişdik. (Nisa surəsi, 54)
  4. Biz Musaya kitab (Tövrat) verdik və: "Məndən başqa heç bir vəkil tutmayın (və ya tanrı qəbul etməyin)" - deyə, onu İsrail oğullarına (haqq yolu göstərən) bir rəhbər təyin etdik. (İsra surəsi, 2)
  5. (Məryəm) uşağı götürüb öz adamlarının yanına gəldi. Onlar dedilər: "Ey Məryəm! Sən çox əcaib bir şeylə (atasız uşaqla) gəldin! (Və ya çox çirkin bir iş gördün!) Ey Harunun bacısı! Atan pis kişi, anan da zinakar deyildi!" (Məryəm onun özü ilə danışın, deyə) ona (uşağa) işarə etdi. Onlar: "Beşikdə olan uşaqla necə danışacaq?" - dedilər. (Allahdan bir mö’cüzə olaraq körpə dilə gəlib) dedi: "Mən, həqiqətən, Allahın quluyam. O mənə kitab (İncil) verdi, özümü də peyğəmbər etdi. (Məryəm surəsi, 27-30)
  6. Aləmləri (insanları və cinləri Allahın əzabı ilə) qorxutmaq üçün (haqqı batildən ayıran) Qur’anı Öz bəndəsinə (Muhəmmədə) nazil edən Allah nə qədər (uca, nə qədər) uludur! (Ucalardan ucadır; əzəli və əbədidir, xeyir-bərəkəti bol və daimidir!) (Furqan surəsi, 1 )
  7. Şura surəsi, 13
  8. Əhzab surəsi, 7