Undara Vulkanik Milli Parkı (ing. Undara Volcanic National Park) — Avstraliyanın Şimali Qvinslend bölgəsində yerləşən, vulkan tunelləri və qiymətli xammalı ilə məşhur milli park.
Undara Vulkanik Milli Parkı | |
---|---|
ing. Undara Volcanic National Park | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 615 km2 ha |
Mütləq hündürlüyü | 877 m |
Yaradılma tarixi | 1993 |
İdarəetmə orqanı | Qvinslend Park və Vəhşi Təbiət Xidməti |
Dağlar | 614 vulkan, konus və krater |
Yerləşməsi | |
18°12′04″ c. e. 144°35′46″ ş. u. | |
Ölkə | Avstraliya |
Vilayət | Şimali Qvinslend |
Yaxın şəhər | Mount Suprayz |
undara.com.au | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Milli park ay daşı, topaz, peridot, qızıl, qranat, beril, kvars ilə zəngindir. Milli parkda dünyanın ən uzun lava tunelləri yerləşir.[1] Milli parka ən yaxın şəhərlər Taunsvill, Mount Suprayz və Kernsdir.
Milli park Makbrayd vulkanik rayonunda yerləşdiyindən burada 164 vulkan, konus və krater vardır. Lava tunelləri uzunluğuna görə dünyada birincidir. "Undara" sözü aborigen mənşəli söz olub "uzun yol" deməkdir.
Bu ərazilərdə vulkanik aktivlik 190.000 milyon il əvvəl baş vermişdir. 55 km2 sahini örtən 23 milyon m3 lava yer üzünə püskürmüşdür.
Bayliss mağarasındakı lava tunellərindən birinin uzunluğu 100 km-dən çoxdur. Bu mağaranın ümumi uzunluğu 1,300 km, genişliyi 22 metr və hündürlüyü 11 metrdir. Mağarada karbon-dioksidin miqdarı 5,9 % olduğundan mağara "Pis havalı mağara" adı ilə tanınır.