Undertale — Tobi Foks tərəfindən hazırlanmış 2015-ci ilin rol videooyunu. Oyunda oyunçu bədbeybətlərlə dolu olan sirli yeraltı səltənətə düşən uşağı idarə edir. Bu yeraltı dünyadakı bədheybətlərin bəziləri mehribandır və oyunçunun səthə qayıtmağına kömək etmək istəyirlər, lakin onların arasında oyunçuya çətinlik yaradanlar da var. Oyunçu onlarla döyüşə girdiyi zaman onları məhv edə və ya onları bağışlaya bilər. Oyunçunun oyun boyu etdiyi seçimlər hadisələrin necə cərəyan edəcəyinə təsir edir.
Undertale | |
---|---|
Hazırlayanlar | Tobi Foks[d], 8-4[d] |
Yayımlayanlar | 8-4[d] |
Buraxılış tarixləri | 15 sentyabr 2015[2], 17 iyul 2016, 15 avqust 2017, 15 sentyabr 2018, 18 sentyabr 2018, 16 mart 2021[3] |
Janr | rol video oyunu, pazl video oyunu[d] |
Rəssam | Tobi Foks[d] |
Bəstəkar |
|
Texniki məlumat | |
Platforma | Microsoft Windows[1], macOS[1], Linux[1], PlayStation 4, PlayStation Vita[d], Nintendo Switch[d], Xbox One |
Mühərrik | GameMaker[d] |
Oyun rejimi | birnəfərli oyun |
İnterfeysin dili | ingilis dili, yapon dili |
Daşıyıcı | rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d] |
İdarəetmə | kompüter klaviaturası, geympad |
Rəsmi saytı Rəsmi saytı |
|
Vikianbarda əlaqəli mediafayllar |