Universal əsgər (ing. Universal Soldier) – 1992-ci ildə rejissoru Roland Emmerix tərəfindən çəkilən fantastik döyüş filmidir.[3][4][5] Filmin distribütori "TriStar Pictures" kinokompaniyasıdır. Baş rolları Jan-Klod Van Damm və Dolf Lundqren canlandırır. Filmdə Lyuk Devero personajının uşaqlıq illərini canlandıran və titrdə adı göstərilməyən aktyor Kristofer Van Varenberq, həyatda Jan-Klod Van Damm və Qledis Portuqezin övladıdır.
Universal əsgər | |
---|---|
ing. Universal Soldier | |
Janr | Döyüş filmi |
Rejissor | Roland Emmerix |
Prodüserlər |
Kreyq Baumqarten Oliver Eberli Donald Hayser |
Ssenari müəllifləri |
Riçard Rotstayn Kristofer Leytç Din Devlin |
Baş rollarda |
Jan-Klod Van Damm Dolf Lundqren Elli Uoker Ed O'Ross Leon Rippi Cerr Orbax Tiko Uells Ralf Möller Robert Trebor Cin Devis Maykl Cey Vayt Lilian Şoven Kamel Krifa Saymon Ri Erik Norris Tommi "Tayni" Lister Kristofer Van Varenberq Allan Qraf Ned Bellami Rens Hovards Cek Mur Con Stori Coenn Baron Lupe Ontiveros |
Operator | Karl Valter Lindenlaub |
Bəstəkar | Kristofer Franke |
Rəssam | Cozef A. Porro |
İstehsalçılar |
Carolco Pictures Centropolis Entertainment IndieProd Company Productions |
Distribütor | InterCom[d], Netflix |
İlk baxış tarixi | 10 iyul 1992 |
Müddət | 102 dəqiqə |
Büdcə | $23 milyon[1] |
Gəlir | $36.3 milyon (ABŞ-də)[2] |
Ölkə | ABŞ |
Dil | İngilis dili |
İl | 1992 |
Sonrakı film | Universal əsgər 2: Qayıdış |
Rəng | rəngli |
Çəkiliş yeri | Arizona |
IMDb | ID0105698 |
1969-cu il, Vyetnam. Vyetnamdakı vəzifəsi əsnasında ağlını itirən Endryu Skott əsir tutduğu günahsız insanları öldürmək qərarına gəlir. Bu zaman əsgərlərdən biri olan Lyuk Devero onu sakitləşdirməyə çalışır və ardınca mübarizə aparır. Lakin Skott niyyətindən geri dönməyərək yerliləri qumbara ilə öldürür. Bu isə Lyuku hiddətləndirir. Lyuk və Skott bir-birinə atəş açaraq ölürlər. Bir müddət sonra hadisə yerinə gələn, "ABŞ Ordusunun Xüsusi təyinatlı qüvvələri"nə (ing. U.S. Special Forces) məxsus heyət üzvləri, cəsədləri buz dolu torbalara qoyurlar. Heyət üzvləri bu hadisənin mətbuatda müzakirə edilməsini qadağan edirlər. Pentaqonun məqsədi bu əsgərlərin cəsədlərindən istifadə edərək, əsgəri müdafiəetmə şəbəkəsində yeni bir çağ dövrü başladıb, "Universal Əsgər" (ing. UniSold) layihəsini fəaliyyətə keçirməkdir.
Huver Dambasını ələ keçirən terroristlər, əməkdaşlarının azad edilməsini tələb edir. Əks halda onlar əsirləri öldürəcəklərini bildirirlər. Bu zaman Pentaqon heyəti bura "Universal əsgər" heyətini göndərirlər. Onların sırasında GR 44 (Lyuk Devero) və GR13 (Endryu Skott) ləqəbli universal əsgərlər vardır. Universal əsgərlər tapşırığı müvəffəqiyyətlə yerinə yetirirlər. Bu zaman Lyuk Devero əvvəlki hadisələri xatırlamağa başlayır. Uğurlu əməliyyatdan sonra "Universal əsgər" heyətinin bədənlərinə yaddaş silmə inyeksiyası yeridirlər. Polkovnik Perri əməliyyat haqqında jurnalistlərə tam açıqlama vermir. Bu isə televiziya müxbiri olan Veronika Robertsi nümayişi bitirdikdən sonra əsgəri sahəyə, operatoru ilə getməyə vadar edir. Lakin onların bura gəlişini heyət üzvləri xəbər tutur. Bu zaman müxbir Veronika və operatoru universal əsgərlər tərəfindən tutulur. GR 13 operatoru öldürür və silahını Veronikaya tərəf tutur. Bu zaman Lyukun yadına yenidən keçmişdə olan hadisələr düşür və nəzarətdən çıxaraq Veronika ilə birlikdə buranı tərk edir. Lyuk və Elli bir salonda yerləşirlər. Bu müddətdə hərbi baza heyəti onları tutmaq üçün universal əsgərləri göndərirlər.
Sabahısı gün Lyuk və Veronika avtomobil doldurma stansiyasına yola düşürlər. Lakin bu zaman onlar universal əsgərlərin müqavimətinə rast gəlirlər. Amma Lyuk və Veronika buradan da qaçmağı bacarırlar. Bu hadisənin ardınca Endryu əvvəlki hadisələri yadına salır. Endryu Polkovnik Perrinin itaətindən çıxaraq, onu və bir sıra işçiləri öldürürərək, Lyuku təqib etməyə davam edir. Lyuk və Veronika çətin sınaqlardan keçdikdən sonra ölmüş insanları həyata geri döndərməyi bacaran həkim Kristoferin yanına gəlirlər. Həkimin söhbəti əsnasında, Lyuk keçmişdə baş verən bütün hadisələri xatırlamağa başlayır. Daha sonra Lyuk, Veronika ilə birlikdə valideynlərinin yanına gəlir.
Gecə vaxtı yaxınlaşır. Veronika evə getməyə hazırlaşır. Lakin bu zaman Endryu onu ələ keçirir. Lyuk valideynlərini axtaran zaman Endryunun ailəsini və Veronikanı əsir tutduğunu görür. Lyuk və Endryu mübarizə aparmağa başlayırlar. Keçmişdə olan hadisələr təkrarlanmağa başlanılır. Veronika qaçan zaman Endryu ona tərəf qumbara atır və Lyuk onun öldüyünü zənn edərək, daha da hiddətlənir. Bu zaman Lyuk onunla qətiyyətlə mübarizə aparmağa başlayır. Mübarizənin sonu Lyukun qələbəsi ilə başa çatır.
Filmin çəkilişi 1991-ci ildə ABŞ-nin Arizona, Nevada və Kaliforniya ştatlarında aparılmışdır.[6] Film ilk dəfə ABŞ-də 10 iyul 1992-ci il tarixində göstərilmişdir.[7] Filmdə, Vyetnamda dünyadan köçmüş amerikan əsgərlərinin xüsusi layihə əsasında həyata geri qaytarılaraq, müxtəlif əməliyyatlarda iştirak etmələri, bu əsgərlər sırasında olan Lyuk Devero və Endryu Skottun hafizələrinin geri qayıdaraq, idarədən çıxmaları və onların bir-biri ilə apardıqları mübarizələri təsvir edilir.[8]