Linus Torvalds

Linus Benedikt Torvalds (28 dekabr 1969[1][2][…], Helsinki) — finlandiyalı proqram təminatı mühəndisi.

Linus Torvalds
isv. Linus Torvalds
Doğum tarixi 28 dekabr 1969(1969-12-28)[1][2][…] (53 yaş)
Doğum yeri
Vətəndaşlığı
Uşaqları 3
Təhsili
Fəaliyyəti proqramçı
Elmi dərəcəsi
torvalds-family.blogspot.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Linus Torvalds 28 dekabr 1969-cu ildə Finlandiyanın Helsinki şəhərində anadan olmuşdur. O, on yaşında ikən babası ona Commodore VIC-20 kompüterini almış və Linus da bu kompüterdə babası üçün bəzi statistikaları tutmaqda kömək etməyə başlamışdır. Beləliklə, kompüterlə bərabər gələn bəzi proqramların əl kitabçalarını oxuyaraq bir çox sadə proqramı öyrənmə fürsəti əlinə keçmişdir. Helsinki universitetinin kompüter elmi bölümünə girdiyi vaxt isə artıq tam təşəkküllü proqramçı idi.

Linux nüvəsinin proqramlaşdırılmasını başlatmışdır. İndi o həmin layihənin koordinatoru kimi fəaliyyət göstərir.

Linuxu fərdi kompüterlərdə (PC) işləyən tam təşəkküllü Unixvari əməliyyat sistemini proqramlaşdırmaq üçün Torvalds Minix-dən (Endrü Tanenbaum tərəfindən proqramlaşdırılan əməliyyat sistemi) ilham almışdır.

Hal-hazırda Linux bir sıra digər arxitekturalarda da işləyir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Linus Torvalds // Babelio (fr.). 2007.
  2. 1 2 Linus Torvalds // Munzinger Personen (alm.).
  3. 1 2 Kelion L. Linus Torvalds: Linux succeeded thanks to selfishness and trust (ing.). // BBC News Online BBC, 2012.
  4. 1 2 Linus Torvalds // Biografiskt lexikon för Finland (швед.). SLS.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]