Volles Henri Hartli (ing. Wallace Henry Hartley; 2 iyun 1878[1] – 15 aprel 1912[1]) — Titanik gəmisinin musiqi qrupunun skripkaçısı və rəhbəri. O, gəminin 15 aprel 1912-ci ildə batması zamanı sona qədər musiqi parçaları ifa edən səkkiz nəfərlik qrupa rəhbərliyi ilə şöhrət tapmışdır. Hartli elə həmin gecə gəminin batması ilə həlak olmuşdur.
Volles Hartli | |
---|---|
ing. Wallace Henry Hartley | |
Doğum tarixi | 2 iyun 1878[1] |
Vəfat tarixi | 15 aprel 1912[1] (33 yaşında) |
Vəfat səbəbi | boğulma |
Fəaliyyəti | musiqiçi |
Fəaliyyət illəri | 1912-ci ildən |
Vikianbarda əlaqəli mediafayllar |