Uraz Məhəmməd (qaz. Oraz-Muhammed, Ораз-Мұхаммед (اوراز محمد); 1572 və ya XVI əsr – 22 noyabr 1610, Kaluqa) — Qasım xanlığının hakimi.
Uraz Məhəmməd | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1572 və ya XVI əsr |
Vəfat tarixi | 22 noyabr 1610 |
Vəfat yeri | |
Ailəsi | Çingizlilər |
Kalmık hücumları sırasında Şığay xanın oğlu (Təvəkkül xanın qardaşı) Ondan sultan öldü. Qədirəli Cəlayiri atasız qalan 13 yaşındakı Uraz Məhəmmədi yanına alıb bütün kəndiylə birlikdə Sibir xanı Küçüm xanın yanın köç etdi. Küçüm xan o vaxtdan Qədirəlini özünə baş bəy olaraq təyin etdi. Kosım bəy davamlı Uraz Məhəmmədi yanında saxlayırdı və onu öz övladı kimi təlim-təhsil verib yetişdirdi.
Qədirəli bəy Kosımoğlu, Uraz Məhəmməd və Seydak üçü sıx-sıx ovlanmağa çıxardılar. Belə bir ov sırasında (1588də) İrtiş çayı boyunda dolaşan bu üç qazaxı Sibir hərbi komendantı D. Çulkov pusqu qurub yaxaladı. Daha sonra üçünü ev-övladlarıyla bərabər Moskvaya "girov" olaraq Çar sarayına göndərdi.
Uraz Məhəmməd isə 1590–1591-ci illərdə Krım xanlığı və isveçlilərə qarşı savaşlara hərbi mütəxəssis olaraq qatıldı və müxtəlif yararlıqlar göstərdi. Sədaqəti və igidliyindən dolayı dönəmin Rus çarı Fyodr İvanoviç (İvan Qroznının oğlu) 1592-ci ildə Oka çayı boyundakı Qasım xanlığından Uraz Məhəmmədə xüsusi bir əmirlə torpaq verdi.
1600-cü ildən sonra Qasım taxtına sahiblik edən nəsil dəyişmiş Qasax Uraz Məhəmməd hakimiyyəti idarə etmişdir. Əvvəllər Qazax şahzadəsi kimi Moskvanın bəzi qəbul mərasimlərində iştirak edən Uraz rus ordusu ilə birlikdə bir çox müharibələrdə olmuşdur. 1601-ci ildə o, Moskvanı ziyarət etdiyi zaman hökmdarlara məxsus təmtəraqla qarşılanmış, xarici nümayəndələrin qəbullarında onunla müstəqil hökmdar kimi rəftar olunmuş və bir çox protokol hərəkətlərinin icrasında iştirak etmiş Uraz Osmanlılara qarşı rəğbət bəslədiyini gizlətməmişdi. Türkiyəni çox qüvvətli dövlət kimi həmişə təqdir etmişdi. Çar Vasili ilə II Dmitri arasındakı rəqabəti aradan götürmək istəyən Uraza böhtan atılır, nəticədə pusquya salınaraq 1610-cu ildə öldürülüb.