Urmiya Universiteti

Urmiya Universiteti (fars. دانشگاه ارومیه‎‎‎) — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanının mərkəzi olan Urmiya şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin rektoru Rəhim Hubnəqidir[1][3].

Urmiya Universiteti
Xəritə
37°31′50″ şm. e. 45°02′50″ ş. u.HGYO
Əsası qoyulub 1965
Tip Universitet
Rektor Rəhim Hubnəqi[1]
Tələbə sayı 16826[1]
Şəhər Urmiya
Ölkə
Sayt urmia.ac.ir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Urmiya Universiteti 1965-ci ildən fəaliyyət göstərir.

Bu universitetdə müxtəlif sahələr üzrə 87 fənn üzrə dərslər keçirilir[1].

Urmiya Universitetində 16 min 826 tələbə təhsil alır[1].

Universitetin 487-dən çox müəllim-professor heyəti var[1].

Azərbaycan dilinin tədrisi

[redaktə | mənbəni redaktə et]

Müvafiq icazənin alınmasından sonra 2017-ci ildən universitetdə bakalavr pilləsi üzrə Azərbaycan diliədəbiyyatı fənni üzrə 2 dərs tədris olunacaq[1]. Azərbaycan dili dərsində iştirak könüllü olacaq[1].

"Axar su" jurnalı

[redaktə | mənbəni redaktə et]

2006-cı ildə Urmiya Universitetində təhsil alan tələbə qızlar "Axar su" dərgisinin çapı üçün icazə alsalar da, onun yalnız bir sayı işıq üzü görmüşdür[4]. Bundan sonra jurnalın çapına qadağa qoyulmuşdur[4]. Belə ki, bütün tələbələr arasında paylanılan jurnal işıq üzü görən kimi Urmiya Universitetinin rəhbərliyi və təhlükəsizlik orqanları tələbələri millətçiliyi təbliğ etməkdə günahlandıraraq dərginin növbəti sayının buraxılmasına qadağa qoymuşlar[4]. Jurnalın işıq üzü görmüş yeganə nömrəsində Azərbaycan ədəbiyyatı və mədəniyyatı ilə bağlı yazılar dərc edilmişdir[4].

Universitetin tələbələri Azərbaycanfars dillərində "Yol" ictimai-mədəni jurnalını buraxırlar[5]. Jurnalın baş redaktoru Zəkəriya Səfaidir[5]. Jurnalda əsasən Azərbaycanın ictimai və mədəni məsələləri ilə əlaqədar yazılar dərc edilir[5].

Tanınmış məzunları

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]