Urmu nəzəriyyəsi

Firudin Ağasıoğlu Urmu nəzəriyyəsinin qurucularındandır. 9 kitabın müəllifidir. O, iddia etmişdir ki, türklərin Altayda yaranması və köçləri mümkünsüzdür

Urmu nəzəriyyəsi – türklərin ilkin vətənlərinin Altay deyil, Ön Asiya olduğunu iddia edən nəzəriyyə. Firudin Ağasıoğlu tərəfindən ortaya atılmışdır.

Urmu nəzəriyyəsinə görə Ön Asiyada yaranmış proto-türk dili e.ə. IV. min ilin ortalarında qərb və şərq qollara ayrılmış, şərqə gedən proto-türk ailələri Orta Asiyadan İdil yaxalarına və Altaya qədər ayrı-ayrı bölgələrdə ikinci Ana vətənlər salmışlar.[1]

Bu nəzəriyyə IV.-II. minilliklər arasında şərqə köç etmiş Şərq Türk qolunun Altayda saldığı ikinci Ana Vətənin səhv olaraq türklərin ilkin ana vətəni kimi şərh edildiyini iddia edir. Bu iddianı arxeoloji, mədəniyyət, etnoqrafik və dilçilik baxımından sübut etmək istəyənlər olmuşdur.[1]

  1. 1 2 https://millidusunce.com/misak/urmu-teorisi-kadim-turklerin-ilk-atayurdu/#google_vignette (#bare_url_missing_title). 2024-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-18.