Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Firudin Ağası oğlu Cəlilov (6 may 1947, Vedi rayonu) — türkoloq, filologiya elmləri doktoru, professor; Azərbaycan Respublikası Təhsil nazirinin müavini (1992), Baş nazirinin müavini (1992); Azərbaycan Respublikasının Xalq təhsili naziri (1992–1993); Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili naziri (1993); Milli Məclisin deputatı (1990-1995).
Firudin Cəlilov | |
---|---|
18 may 1993 – 2 sentyabr 1993 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv olunub |
11 avqust 1992 – 18 may 1993 | |
Əvvəlki | Rafiq Feyzullayev |
Sonrakı | vəzifə ləğv olunub |
18 may 1992 – 11 avqust 1992 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 may 1947 (77 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | tarixçi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
6 may 1947-ci ildə Vedibasarda doğulan F. A. Cəlilov orta məktəbi Bakıda (1966) bitirib, BDU-nun filologiya fakültəsinə daxil olmuş, 1972–1994-cü illərdə həmin fakültənin Azərbaycan dilçiliyi kafedrasında laborant, müəllim, dosent və professor vəzifələrində işləmişdir. O, pedaqoji fəaliyyətlə yanaşı elmi araşdırmalarla da məşğul olmuş, mürəkkəb cümlə sintaksisindən namizədlik (1978) və dilçilik elminin ən çətin və mürəkkəb sahəsi sayılan morfonologiya mövzusunda doktorluq (1989) dissertasiyası müdafiə etmişdir. Onun türk dillərinin morfonologiyasına aid yazdığı monoqrafiya (1988) Türkologiyada hələ də ilk örnək sayılır və Azərbaycan və Türkiyə universitetlərində dərs vəsaiti kimi istifadə olunur. Bu kitab 2021-də təkrar Ankarada yayınlanmışdır.
F. Cəlilov türk dilləri ilə yanaşı, türk xalqlarının tarixi, mifologiyası və etnoqrafiyası haqqında 300-dən artıq elmi məqalə və 20 kitab yazmış, əsərlərinin bir hissəsi xarici ölkələrdə çap olunmuşdur. Onun "Azərbaycan dilinin morfonologiyası"(1988) kitabına bu sahədə təkcə Azərbaycan dilçiliyində deyil, türkologiyada ilk fundamental tədqiqat işi kimi Beynəlxalq Türkoloji qurultay (1996) adından ödül verilmişdir. Elmi-populyar məqalələrini çox vaxt Ağasıoğlu imzası ilə yazan F. Cəlilovun "Azərbaycan türklərinin islamaqədərki tarixi" mövzusundakı silsilə məqalələri elmi dairələr və ictimaiyət tərəfindən yüksək qiymətləndirilmişdir.
F. Cəlilov türkologiya sahəsindəki xidmətlərinə görə Atatürkün qurduğu Türk Dil Kurumunun müxbir üzvü (1996), sonra fəxri üzvü (2000) seçilmişdir. "Türk Ocağı" ona bilgə sanı vermişdir. O, təhsil sahəsində apardığı islahatlara görə akad. Yusif Məmmədəliyev adına ödül almışdır.
Quzey və Güney Azərbaycan türklərinin bu torpaqlarda avtoxton xalq kimi 4–5 minillik dövlətçilik tarixi olduğunu irəli sürən F. Cəlilov bu elmi konsepsiyanın tərəfdarları ilə birlikdə dəfələrlə elmi seminarlar təşkil etmiş, Vaşinqton, Nyuyork, Paris, Ankara, Istanbul, Qahirə və sair şəhərlərdə bu konsepsiya haqqında məruzələr etmişdir. Həmin məruzələrin və bu sahədə yazılan məqalələrin bir qismi onun "Azər xalqı" (2000) adlı kitabında yer almışdır. Türk etnosunun Mərkəzi və Orta Asiyada deyil, Azərbaycanı da içinə alan Ön Asiyada yaranıb, buradan müxtəlif istiqamətlərə miqrasiya etməsi və sonralar onlardan bir qisminin Azərbaycana qayıtması haqqında onun irəli sürdüyü yeni elmi nəzəriyə artıq bir sıra alimlərin dəstəyini qazanmışdır. Onun son 30 ildə bu sahədə apardığı elmi tədqiqat Azərbaycan xalqının Islamaqədərki tarixinə aid 9 cilddə yazdığı kitabların ("Doqquz Bitik") əsasını təşkil edir.
F. Cəlilov elmi-pedaqoji fəaliyyəti ilə yanaşı ictimai-siyasi fəaliyyətlə də məşğul olmuşdur. Əbülfəz Elçibəy, Xəlil Rza Ulutürk, İsmayıl Tarigpeyma, Sabir Rüstəmxanlı və digər ziyalılarla birlikdə 1986-dan gizli fəaliyyət göstərən və 1988-ci il nümayişlərini təşkil edən "Varlıq" təşkilatının üç qurucusundan biri, leqal fəaliyyətdə olan "Cənlibel" təşkilatı tədbirlərinin iştirakçısı, "Dirçəliş günü" kimi tarixə düşən 17 noyabr- 4 dekabr (1988) mitinqində nümayiş komitəsinin sədri olmuşdur. "Qarabağa Xalq Yardımı komitəsi"nin qurucularından biri və respublikada ilk demokratik ruhlu "Azərbaycan" qəzetinin redaksiya heyətinin üzvü, "Dövlət Əlifba komissiyası"nın (1990) rəhbəri F. Cəlilov 1990-da millət vəkili və Milli Məclisdə "Elm, təhsil və mədəniyyət komissiyası"nın sədri seçilmişdir. Onun rəhbərliyi ilə bu komissiyada hazırlanmış Təhsil qanunu (1993) kimi mütərəqqi qanunlar, o cümlədən dövlət atributlarından latın qrafikalı əlifbanın bərpası (1991), dövlət himni (1992) parlamentdə qəbul olunmuşdur. Azərbaycanın müstəqillik aktına (1991) imza atanlar sırasında olan F. Cəlilov Azərbaycan respublikasının SSRI tərkibindən çıxmasına səs verən 43 istiglalçı deputatdan biridir.
1990-cı ildə Bakı şəhərinin Kirov rayonu 22 nömrəli Üçüncü Kirovseçki dairəsindən Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir.
26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir[1]. 6 dekabr 1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının Təhsil, elm, mədəniyyət və din məsələləri komissiyası daimi komissiyasının sədri vəzifəsinə seçilmişdir[2].
30 iyun 1992-ci ildə Milli Məclisində təşkil olunmuş Təhsil, elm, din və mədəniyyət məsələləri komissiyasına üzv təsdiq edilmişdir[3].
1992-ci ilin fevral ayında Azərbaycan Respublikasının Təhsi nazirinin müavini təyin olunan F. Cəlilov 18 may 1992-cil ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilmişdir[4][5].
12 may 1993-cü ildə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili naziri təyin edilmiş[6][7] və Azərbaycan Respublikasının Ali və Orta İxtisas Təhsili Nazirliyinin ləğv edilməsi ilə əlaqədar olaraq 2 sentyabr 1993-cü ildə həmin vəzifədən azad edilmişdir[8][9].
Təhsil naziri vəzifəsindən azad edildikdən sonra Azərbaycan Milli İstiqlal Partiyası ilə əməkdaşlığa başlamış və daha sonralar partiyanın üzvü olmuş və 1997-ci ildə partiyanın ikinci postu sayılan Mərkəzi Şuranın sədri və Siyasi şuranın sədri seçilib. 1998-ci ildə partiyadan ayrılıb, elmi fəaliyətinə davam etmişdir.
Türk xalqlarının etnogenezi ilə bağlı Altay nəzəriyyəsinə qarşı Urmiya nəzəriyyəsini irəli sürmüşdür. Bu nəzəriyyəyə görə türk etnosu və türk dili Orta Asiyada — Altaylarda yox, Ön Asiyada, o cümlədən Azərbaycanda formalaşmışdır. 9 cildlik ("Doqquz bitik") "Türklərinin islamaqədər tarixi" əsərini yazmışdır. Bu əsərin ilk üç cildi 2014-cü ildə Bakıda, altı cildi 2022-də İstanbulda çap olunmuşdur.
2024-cü ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlamışdır. O, bu açıqlamasında öncəki seçkilərdə də İ.Əliyevə səs verdiyini, "ondan başqa alternativ"in olmadığını qeyd etmişdir.[10]
Ortaq müəlliflə yazdığı kitablar:
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |