Usta Baba Pirməmməd (1898, Balaxanı, Bakı qəzası – 26 mart 1957, Bakı) — Azərbaycan neft və qaz istehsalı qabaqcılı, Sosialist Əməyi Qəhrəmanı (1948), "Stalin" mükafatı laureatı (1950).
Usta Baba Pirməmməd | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1898 |
Doğum yeri | |
Vəfat tarixi | 26 mart 1957 |
Vəfat yeri | |
Partiya | |
Fəaliyyəti | neftçi |
|
|
Təltifləri |
|
Usta Baba Pirməmməd 1898-ci ildə Bakı qəzasının Balaxanı kəndində neftçi fəhlə anadan olmuşdur. Üçsinifli məktəb bitirmiş və 1916-cı ildə qazmaçılar dəstəsində fəhləliyə başlamışdır. 1923-cü ildə qazmaçı, 1928-ci ildə qazma ustası vəzifələrində işləmişdir.[1]
Sonrakı illərdə Usta Baba Pirməmməd quyuların təmiri, izolyasiyası kontorunda və qazma kontorunda bir sıra inzibati-texniki vəzifələrdə işləmiş və Azərbaycan Sənaye İnstitutu yanındakı təsərrüfatçı kurslarında oxumuşdur. Bir müddət "Leninneft" qazma kontorunun katibi, 1938-ci ilin dekabrında isə quyuların əsaslı təmiri kontorunun direktoru vəzifəsinə təyin edilmişdir. O, 1940-cı ildən "Leninneft"in qazma kontorunda, 1945-ci ildən isə "Kirovneft"in qazma kontorunda direktor vəzifəsində çalışmışdır. 1945-ci Buzovnaya göndərilən Usta Baba Pirməmməd "Buzovnaneft" qazma kontorunun rəhbəri olmuşdur.[1] O, yeni Buzovna–Maştağa neft sahəsinin kəşfində fəal iştirak etmişdir.[2]
Usta Baba Pirməmməd 1930-cu ildən ildən Sov.İKP üzvü, 1937-ci ildən Bakı Şəhər Zəhmətkeş Deputatlar Sovetinin, Azərbaycan SSR Ali Sovetinin deputatı (4-cü çağırış) olmuşdur.[2]
Usta Baba Pirməmməd uzun sürən xəstəlikdən sonra 26 mart 1957-ci ildə Bakıda vəfat etmişdir.[3][4]