Uzaq gələcəyin xronologiyası

Rəssam tərəfindən çəkilmiş, 7.9 milyard il sonra karbonlaşmış Yer planeti və qırmızı nəhəng mərhələsinə adlamış Günəş.

Gələcək heç vaxt tam dəqiqliklə proqnozlaşdırıla bilməsə də,[1] müxtəlif elm sahələrindəki mövcud anlayışlar, yalnız ən geniş kontekstdə olacağı təqdirdə, uzaq gələcəkdə baş verəcək və ya baş vermə ehtimalı olan hadisələrin təxmin edilməsinə imkan verir. Bu sahələrə planetlərinulduzların necə meydana gəldiyini, bir-birinə qarşılıqlı təsir etdiyini və ölməsini ortaya qoyan astrofizika, maddə və radiasiya meydana gətirən ən kiçik hissəciklərin təbiətini öyrənən hissəciklər fizikası, zamanla həyatın necə inkişaf edəcəyini proqnozlaşdıran təkamül biologiyası və qitələrin minilliklər boyu necə dəyişdiyini tədqiq edən plitələr tektonikası daxildir.

Yerin, Günəş sistemininkainatın gələcəyinə dair bütün proqnozlar entropiya və ya iş üçün lazım olan enerji itkisinin vaxtla artmalı olduğunu ortaya qoyan termodinamikanın ikinci qanununu nəzərə almalıdır. Ulduzlar gec-tez öz hidrogen yanacağını tükəndirəcək və əbədi olaraq sönəcəklər. Cazibə qüvvəsindən asılı olaraq öz ulduz sistemləri ətrafında dövrə vuran planetlər kimi astronomik obyektlər və bu ulduz sistemlərinin içində olduğu qalaktikalar arasında toqquşmalar da qaçınılmazdır.

Fiziklər ən sabit maddələrin də subatom hissəciklərinə parçalandığı bildikləri üçün maddənin nəticədə radioaktiv çürümənin təsiri altında olacağını gözləyirlər. Mövcud elmi araşdırmalar kainatın düz bir həndəsəyə (və ya düzə çox yaxın) sahib olduğuna və bu kainat sona çatdıqdan sonra özündə dağılmayacağına və sonsuz gələcək bir sıra kütləvi qeyri-mümkün hadisələrin baş verməsinə, məsələn, Bolsman beyninin əmələ gələcəyinə işarə edir. Burada göstərilən vaxt cədvəli XI minilliyin əvvəllərindən[a] gələcək zamanın ən uzaq nöqtələrində baş verəcək və ya baş vermə ehtimalı olan hadisələri əhatə edir. İnsanların məhv olacağı, protonların çürüməsi və Günəşin qırmızı nəhəngə çevrildiyi zaman yerin yaşayıb-yaşamayacağı kimi hələ də həll olunmamış bir sıra alternativ hadisələr cədvəldə verilmişdir.

Astronomy and astrophysics Astronomiyaastrofizika
Geology and planetary science GeologiyaPlanetologiya
Biology Biologiya
Particle physics Hissəciklər fizikası
Mathematics Riyaziyyat
Technology and culture TexnologiyaMədəniyyət

Yerin, Günəş sisteminin və kainatın gələcəyi

[redaktə | mənbəni redaktə et]
İndiən sonra keçən illər Hadisə
Geology and planetary science 10,000 Vilkes buz hövzəsinin qarşımızdakı bir neçə əsr ərzində çökməsi Şərqi Antarktika örtük buzlağını təhlükəyə ataraq, onun tamamilə əriməsinə səbəb ola bilər. Qlobal istiləşmənin uzun müddətli təsiririnə misal olaraq göstərilən bu hadisə dəniz səviyyəsini 3–4 metrə qədər yüksəldəcək.[2] Bundan başqa qlobal istiləşmənin qısa müddətli təhlükəsi olaraq görülən Qərbi Antarktika örtük buzlağının da əriməsi gözləniləndir.
Astronomy and astrophysics 10,000[b] Qırmızı supernəhəng ulduz olan Antares supernova içərisində partdayacaq. Partdayışın rahatlıqla günorta vaxtı səmada görülə bilməsi gözlənilir.[3]
Geology and planetary science 15,000 Böyük Səhra mancanaq nəzəriyyəsinə görə yer qütblərinin pressesiyası Şimali Afrika mussonlarını xeyli şimala doğru hərəkət etdirəcək, bu da Böyük Səhranın tropik iqlimini dəyişdirərək, 5000–10 000 il əvvəlki rütubətli dövrünə qaytaracaq.[4][5]
Geology and planetary science 25,000 Marsın şimal qütbündəki buz təbəqəsi yoxa çıxa bilər, çünki Marsın şimal yarım kürəsindəki temperatur Milankoviç siklı aspektindən 50 000 illik Apsidal presessiyası müddətində ən yüksək həddə çatıb.[6][7]
Astronomy and astrophysics 36,000 Günəşə ən yaxın ulduz olan balaca qırmızı cırtdan Ross 428 Dünyanın 3024 işıq ili uzaqlığından keçəcək. Bu, təxminən 8000 il sonra, ilk Alfa Sentavr, daha sonra Qliz 445-ə ən yaxın ulduzlar olaraq yox olacaq.
Geology and planetary science 50,000 Berger və Lutra görə, atropogen qlobal istiləşmənin təsirlərindən asılı olmayaraq, hal-hazırkı buzlaqarası mərhələ Yeri mövcud buzlaq epoxasının buzlaq dövrünə göndərərək sona çatır.

Niaqara şəlaləsi Eri gölünün 32 kmliyinə qədər aşınacaq və müəyyən müddət sonra tamamilə yox olacaq.

Kanada qalxanındakı buzlaq göllərinin böyük bir hissəsi qlyasializostaziyaeroziya nəticəsində silinəcək.[8]

  1. Dəqiq başlanğıc vaxtı kimi 10.001-ci ilin yanvarın 1-i saat 0.00 qəbul edilib
  2. Bu il hadisənin ən çox baş vermə ehtimalı olan dövrü göstərir. Əslində, partdayış indidən sonra hər an yaşana bilər
  1. Rescher, Nicholas. Predicting the future: An introduction to the theory of forecasting. State University of New York Press. 1998. ISBN 978-0791435533.
  2. Mengel, M.; A. Levermann. "Ice plug prevents irreversible discharge from East Antarctica". Nature Climate Change. 4 (6). 4 May 2014: 451–455. Bibcode:2014NatCC...4..451M. doi:10.1038/nclimate2226.
  3. Hockey, T.; Trimble, V. "Public reaction to a V = −12.5 supernova". The Observatory. 130 (3). 2010: 167. Bibcode:2010Obs...130..167H.
  4. Mowat, Laura. "Africa's desert to become lush green tropics as monsoons MOVE to Sahara, scientists say". Express.co.uk (ingilis). 14 July 2017. 8 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 March 2018.
  5. "Orbit: Earth's Extraordinary Journey". ExptU. 23 dekabr 2015. 14 iyul 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2018.
  6. Schorghofer, Norbert. "Temperature response of Mars to Milankovitch cycles" (PDF). Geophysical Research Letters. 35 (18). 23 September 2008: L18201. Bibcode:2008GeoRL..3518201S. doi:10.1029/2008GL034954. 19 September 2009 tarixində orijinalından (PDF) arxivləşdirilib.
  7. Beech, Martin. Terraforming: The Creating of Habitable Worlds. Springer. 2009. 138–142. Bibcode:2009tchw.book.....B.
  8. Bastedo, Jamie. Shield Country: The Life and Times of the Oldest Piece of the Planet. Arctic Institute of North America of the University of Calgary. 1994. səh. 202.Şablon:ISBN missing