Uzun körpü

Uzun körpüƏdirnədə, Ergene çayı üzərində, Anadolu ilə Balkanları bir-birinə bağlayan yeganə körpü və dünyanın ən uzun daş körpüsüdü. Keçmiş adı Ergene köprüsüdür(Cisri Ergene). Körpünün adı Ədirnə Uzunkörpü ilçəsinə vermişdir.

Uzun körpü
Xəritə
41°16′48″ şm. e. 26°40′48″ ş. u.HGYO
Ölkə  Türkiyə
Şəhər Ədirnə
Yerləşir Ədirnə ili
Aidiyyatı Osmanlı imperiyası
Sifarişçi II Murad
Tikilmə tarixi 1426-1443
Üslubu Osmanlı memarlığı
Uzunluğu
  • 1.392 m
Eni 6,8 m
Material daş[d]
Uzun körpü (Türkiyə)
Uzun körpü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uzun körpü 1426–1443-cü ildə Osmanlı sultanı II Murad tərəfindən, dövrün baş memarı Müslihiddinə tikdirilib. Körpünün tikintisində baş memar Usta Muslihinddin ilə Memar Mehmed birlikdə çalışmışdılar.

1392 metr uzunluğu, 6.80 metr enində olan körpünün 174 kəməri vardır və 4 il ərzində inşa edildi. Kəmərlərinin bəziləri kəskin, bəziləri girdədir. Körpünün hündürlüyü və eni yer yer dəyişir. Bəzi bölmələrində selyaranlar və üstündə eyvanlar var. Daş sütunlar arasında fil, şir, quş fiqurları diqqət çəkir.

Körpü Osmanlının Balkanlara edəcəyi fəthlərdə qoşunlara təbii bir maneə olaraq qarşılarına çıxan Ergene çayını keçmək üçün qurulmuşdu. Daha əvvəl inşa edilən taxta körpülərin çayın daşqınları ilə dağıldığı üçün tikilən daş körpü, Türk ordusunun hücumlarının qışda da davam etdirə bilməsini təmin etdi. Uzun körpü inşa edilərkən körpünün başına məscid ilə imarət tikilərək və Ergene şəhəri adı ilə bir ilçə inşa edilmişdir. Uzun köprü, Osmanlıların Rumelidə qurduqları ilk yerləşim yeridir. Daha öncə var olan bir qəsəbə deyil, tamamən Türklər tərəfindən qurulmuş bir şəhəirdir. Körpünün tikintisi zamanı Cisri Ergene qəsəbəsinə II Muradın əmri ilə Muradiyə məscidi və bir də hamam tikilmişdir.

Uzun körpü Osmanlının son dövründə baş verən müharibələr zamanı həm Yunan, həm də Bolqar istilası altında qalmışdır. 1920–1922-ci il Yunan işğalı zamanı adı Makrifere olaraq dəyişdirilmişdir. Uzun körpüün maraqlı bir xüsusiyyəti də körpünün başında, Osmanlı ölkəsinin ilk Azadlıq abidəsinin 1909-cu ildə tikilmiş olmasıdır.

Körpü, ən son 1963-cü ildə bərpa olunmuşdu. Bu təmir zamanı üzərinə beton tökülərək tarixi görkəminə zərər verilmişdir. Tarixi körpü üzərindən hələ də Ədirnə-İzmir Dövlət avtomobil yolu keçir. Körpü hazırda dağılma təhlükəsi ilə üz-üzədir.

Bu gün Yunanıstan sərhədinə 6 km məsafədə yerləşən Uzun körpü bölgənin dolanışığını kənd təsərrüfatı və aqrar sənaye üzərindən təmin edir. Ergene vadisinin bərəkətli torpaqlarında çəltik, ayçiçek-i və buğda başda olmaqla kənd təsərrüfatı məhsullar, digər bölgələrə nisbətən yüksək məhsuldarlıqla istehsal edilir. Ancaq son 20 ildə Trakyada inkişaf edən nəzarətsiz sənaye ilə yanaşı ətraf mühit problemləri Ergene çayını istifadəyə yararsız hala gətirmişdir. Sənaye tullantılarına görə, hər gün fərqli rəngdə axan Ergene çayı qoxusu və ehtiva etdiyi kimyəvi maddələr səbəbindən bütün bölgə xalqını və iqtisadiyyatını mənfi təsir göstərir.