Uzunsütuncuqlu bellevaliya

Uzunsütuncuqlu bellevaliya (lat. Bellevalia longistyla) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin bellevaliya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN B2ab(i, ii, iii). Azərbaycanın nadir növüdür.

Uzunsütuncuqlu bellevaliya
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Soğanağı iri, dəyirmi, 4-5 sm uzunluğunda, 3-4 sm yoğunluqdadır. Gövdə 20-40 sm hündürlükdə, çılpaq, bütöv, meyvə vaxtı yoğunlaşır. Kökyanı yarpaqlar uzun, enli-neştərşəkilli, 25-30 sm uzunluğunda, 2-3 sm enindədir. Salxım uzanmış, çoxçiçəkli, enli-piramidavaridir. Çiçəkyanlğı 10 mm-ə qədər uzunluqda, uzunboruvari, ağımtıl-mavi, qonur, quruduqda kürən qırmızımtıldır. Sütuncuq uzun, yumurtalıq və tozluq çiçəkyanlığına çatandır. Qutucuq iri yumurtavaridir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləməsi aprel, meyvə əmələgəlməsi may ayına təsadüf edir. Çxalması soğanaq və toxumladır. Dağətəyi və orta dağ qurşağında rast gəlinir. Kseromezofitdir.

Naxçıvanın dağlıq və düzənlik hissəsləri.

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyalarının sayı azalır, yaşama ərazsis məhdudlaşır, azalma tendensiyası müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Antropogen və zoogen amillər, hali tərəfindən yığılması itmə təhlükəsi yaradır.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Mühafizəsi üçün xüsusi tədbirlər görülmür. Yayılma yerlərində antropogen təsirlərin qarşısının alınması üçün yasaqlıqlar təşkil olunmalı, yeni yayılma sahələri axtarılmalıdır.