Vörcin (Formula-1 komandası)

Vörcin (ing. Virgin Racing) avtomobil yarış komandası, 2010-2011-ci illərdə Formula 1-də iştirak etmişdir.Bu yarışda iştirak etmək üçün komanda, hüquqları 2009,12 iyunda alır.

Koomandanın prototipi Formula 3 yarışlarında iştirak edən Manor Motorsport idi və komanda 2010-cu il başlanğıc sezonda Manor Grand Prix adı altında çıxış etməli idi. Lakin komanda Richard Branson tərəfindən alındı və Virgin Racing adına dəyişdirildi. Komanda Britaniya lisenziyasına sahib idi. Nikola Fomeko rəhbərlik etdiyi Marusya motors komandanın sponsoru idi. Həmçinin Fomenka mühəndislik şöbəsinə rəhbərlik edirdi. 2010 cu ildə komanda bütövlükdə satıldı və Marussia Virgin Racing adına dəyişdirildi. 2012-ci ildə Komanda Rusiya bayrağı altında fəaliyyət göstərdi və ad dəyişilərək Маруся oldu. Vörcin və Marusya komandaları Cosworth mühərriklərindən istifadə edirdi.

Manor Grand Prix

[redaktə | mənbəni redaktə et]

12 iyun 2009-cu ildə FIA 2010 Formula 1 Dünya Kubokunda iştirak etməyi planlaşdıran 13 komandanın siyahısını açıqladı. Bunlardan üçü yeni idi: Team USF1, Campos Meta 1 və Manor Grand Prix.

2010-cu ildə iştirakçılar dərc olunduqdan sonra, Wirth Research, Manor Grand Prix komandasının eksklüziv tərəfdaşı olduğunu təsdiqlədi və bununla birlikdə 2010-cu il çempionatı üçün Formula 1 avtomobilini yaratdı. Cosworth hər üç iştirakçı komandanı mühərrik ilə təchiz etdi. 2009-cu ilə məlum oldu ki Richard Bransonun sahibi olduğu Vörcin, Manor Grand Prix-ə sponsorluq edir və 2010-cu ildə Vörcin və Manor arasında danışıqlar başladı. Komandanın adı dəyişdirildi və Virgin Racing oldu.

2009 12 noyabr Komandanın ilk yarışçısı Timo Glock oldu. Vörcinin texniki direktoru Nik Virt, Virgin VR-01 şassi təqdim etdi. Hazırlanan şassi az sürətə malik idi.

Əlavə olaraq, VR-01 dizayn edərkən, yanacaq tankının həcmini hesablayarkən hesablamalarda bir səhv baş vermişdi. Yarış zamanı yanacaqdoldurma qadağası 2010-cu ildə qüvvəyə girdi, ilk bir neçə Qran pri zamanı, Virgin yarış avtomobilləri yarışa sürətlə hərəkət edərək, finiş xəttinə çata bilmədi. Bütün bunlar Virgin Racing-in 2010-cu il mövsümündə "Formula-1" Konstruktorlar Kubokunda sonuncu yerdə qərarlaşmağına səbəb oldu.

Marussia Virgin Racing

[redaktə | mənbəni redaktə et]

11 noyabr 2010-cu ildə Rusiyanın "Marussia Motors" şirkəti komandanın sahibi oldu və növbəti mövsümdən sonra komanda Marussia Virgin Racing adlandırıldı.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]