Vüqar Əliyev (azərb. Əliyev Vüqar Əliheydər oğlu; 1980, Bakı) — Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri[1]
Vüqar Əliyev | |
---|---|
Vüqar Əliheydər oğlu Əliyev | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan, Bakı |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | Linqvistika |
Təhsili | Azərbaycan Dillər Universiteti, Moskva Dövlət Linqvistika Universiteti |
Fəaliyyəti | jurnalistika |
Vüqar Əliyev 1980-ci ildə Bakıda anadan olub. Azərbaycan Dillər Universitetini bitirib. İkinci ali təhsilini isə Moskva Dövlət Linqvistika Universitetində[ru] jurnalistika ixtisası üzrə alıb. Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri təyin olunana qədər AZƏRTAC-da bölmə müdiri kimi, daha sonra isə Prezident Administrasiyasında məsul vəzifədə çalışıb.
28 noyabr 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinə sədr təyin olunub.[2]
Ailəlidir, üç övladı var.