Vüqar Bayramlı

Vüqar Bayramlı (1 mart 1987, Zərkənd, Vardenis rayonu) — Azərbaycan yazıçısı.

Vüqar Bayramlı
Vüqar Kərəm oğlu Bayramlı
Doğum tarixi 1 mart 1987(1987-03-01) (36 yaş)
Doğum yeri
Vətəndaşlığı
Milliyyəti Azərbaycanlı
Təhsili
İxtisası İnzibati idarəetmə
Fəaliyyəti yazıçı
Fəaliyyət illəri 2011-dən etibarən
Əsərlərinin dili Azərbaycan dili
Janrlar Psixoloji, detektiv, psixoloji-detektiv
İlk əsəri Sirli Dəvətnamə

Həyatı[redaktə | mənbəni redaktə et]

Vüqar Bayramlı 1 mart 1987-ci il tarixində Ermənistanın Basarkeçər rayonunun Zərkənd kəndində anadan olub. 1993-cü ildə birinci sinfə gedib. Məktəb vaxtlarından etibarən mütəmadi olaraq, aktiv şəkildə futbol və yüngül atletika idman növləri ilə məşğul olmağa başlayır. 2004-cü ildə məktəbi bitirir və həmin il də ADİU-nun "Beynəlxalq iqdisadi münasibətlər" fakültəsinin "İnzibati idarəetmə" ixtisasına qəbul olur. 2009-cu ildə hərbi xidmətini başa vurub. Uzun müddət nəqliyyat sahəsi və bank sektorunda fəaliyyət göstərib. Hal-hazırda dövlət qulluğunda çalışır. Bir neçə xarici dil bilir. Bakı şəhərində yaşayır, subaydır.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Əsasən detektiv, psixoloji və psixoloji-detektiv kimi janrlarda əsərlər yazır. Yaradıcılığa birbaşa romandan başlayıb. İlk kitabı detektiv janrda olan "Sirli Dəvətnamə"dir. İkinci kitabı isə psixoloji-detektiv janrda yazılan "Biçarə Sevgilər" romanıdır. Təxminən ötən iki yüzillikdə məşhur yazıçılar detektivi başqa janrlarla sintez etməyə başladılar. Bunun da nəticəsində yeni ədəbi janrlar meydana gəldi. Bu sıraya tarixi-detektiv, siyasi-detektiv, mistik-detektiv, fantastik-detektiv və digər janrları əlavə etmək olar. Vüqar Bayramlının yaradıcılığında böyük yer tutan psixoloji-detektiv ədəbi janrı detektiv ədəbiyyatda bir o qədər də təsadüf edilmir. Bu janrda demək olar ki, roman yazılmayıb. Ona görə də müəllifin məşğul olduğu bu janrı detektiv ədəbiyyatda yeni janr hesab etmək olar.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  1. “Sirli Dəvətnamə” (Detektiv). Bakı: Nərgiz nəşriyyatı, 2015
  2. “Biçarə Sevgilər” (Psixoloji-detektiv). Bakı: Nərgiz nəşriyyatı, 2016
  3. "Tərk Edilmişləri Qovuşduran Ruhlar" (Psixoloji-detektiv). Bakı: Nərmin nəşriyyatı, 2017
  4. "Romantik Qisas" (Dram-detektiv). Bakı: Nərmin nəşriyyatı, 2018

Çapı nəzərdə tutulan əsərləri[redaktə | mənbəni redaktə et]

  • "İntihar Sürprizi" (Detektiv roman).
  • "Məğlubiyyət" (Detektiv roman).
  • "Selfi Çəkən Qatil" (Detektiv roman).

Əsərlərinin əsas obrazları[redaktə | mənbəni redaktə et]

Alxaz Nağızadə - Cüssəli gənc iqtisadçı, keçmiş idmançı, eyni zamanda cinayət-axtarış ekspertidir. Rəsmi olaraq heç bir yerdə çalışmır. Müstəqil surətdə iqtisadi sahələrdə qonorarlı fəaliyyətlə məşğul olur. Onun ikinci fəaliyyət sahəsi də vardır. Baxmayaraq ki, hüquqi təhsili və bu sahədə praktikası yoxdur, cinayət işlərinin istintaqı ilə də məşğul olur. Gənc xəfiyyə Ağabəy Qaraşlı küçəsi, ev 48-də yaşayır. Subaydır.

Nicat - Gənc xəfiyyə Alxaz Nağızadənin köməkçisidir. "Dərya" restoranında "ofisantlıq" edir. Özü isə Dövlət Təhlükəsizlik Xidmətində işləyir. Avtomobillə əla manevretmə qabiliyyətinə malikdir.

Aktyor - Müəllifin ikinci yaratdığı xəfiyyə obrazıdır. Arıq, cılız bədəni, tatuirovkaları, idman geyimi və saqqalı ilə xüsusi olaraq diqqəti cəlb edir. Güclü futbol oynamağı bacarır. Daim hərəkətdədir. Pivə içməyi çox sevir.

Zərif killer - Bu isə müəllifin üçüncü-sonuncu qəhrəmanıdır. Keçmiş Sovetlər birliyindən olan "Emma" ləqəbli qadın həmin ölkənin yetişdirdiyi kadrdır. Ölkədəki siyasi çəkişmələr nəticəsində Avropaya üz tutan "Emma" özü də bilmədən burada Killerə çevrilir. Parkur idman növü ilə məşğul olan "Zərif Killer" bir o qədər də təsəvvür edildiyi kimi amansız deyil. Öz həmcinsinə qarşı çıxmır, vicdanlı adamlara toxunmur. Yüksək qonorar qarşısında, bəzən isə, hətta qonorar almadan belə cəmiyyət üçün təhlükəli olanları zərərsizləşdirir. Onun iştirakı ilə yazılan əsərlərdə hadisələr bir qayda olaraq qəhrəmanın öz dilindən verilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]