Vüqar Gülməmmədov

Vüqar Tapdıq oğlu Gülməmmədov (3 aprel 1971, Bakı) — Azərbaycan Respublikası Hesablama Palatasının 3-cü sədri.[1]

Vüqar Gülməmmədov
Vüqar Tapdıq oğlu Gülməmmədov
Vəzifədədir
22 noyabr 2013-dən
ƏvvəlkiHeydər Əsədov
Şəxsi məlumatlar
Doğum tarixi 3 aprel 1971(1971-04-03) (53 yaş)
Doğum yeri
Təhsili
Dini islam

Təltifləri "Dövlət qulluğunda fərqlənməyə görə" medalı 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni

Vüqar Gülməmmədov 1971-ci il aprel ayının 3-də Bakı şəhərində anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun "İstehsalın iqtisadiyyatı və idarəedilməsi" fakültəsini bitirib.

1992-ci ildə Suraxanı maşınqayırma zavodunda tərcüməçi işləyib. 1993–1997-ci illərdə Suraxanı rayon Səhiyyə şöbəsində baş mühasibin müavini, baş mühasib, 1997–2007-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Suraxanı rayon Maliyyə şöbəsinin müfəttişi, rəis müavini, şöbə müdiri, Səbail rayon Maliyyə idarəsinin rəis müavini, şöbə rəisi, Binəqədi rayon Maliyyə idarəsinin rəis müavini, sektor müdiri, Yasamal rayon Maliyyə idarəsinin rəis müavini — sektor müdiri olub.

2007–2013-cü illərdə isə Azərbaycan Respublikası Hesablama Palatasının Xarici investisiyalı və infrastruktur layihələrinə nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.

2013-cü ilin noyabr ayından Azərbaycan Respublikasının Hesablama Palatasının sədridir.

Azərbaycan Respublikası Hesablama Palatasının yaradılmasının 10 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 31 oktyabr tarixli 1809 nömrəli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.[2]

Azərbaycan Respublikası Hesablama Palatasının yaradılmasının 20 illiyi münasibətilə Palatanın fəaliyyətində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 dekabr tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.[3]

Ailəlidir. Üç övladı var.

  1. "Azərbaycan Respublikası Hesablama Palatasının sədri". 2024-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-29.
  2. "Azərbaycan Respublikası Hesablama Palatası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-29.
  3. "Azərbaycan Respublikası Hesablama Palatası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-06.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]