Vüqar Məmməd oğlu Haqverdiyev (25 yanvar 1967, Ağdam) — Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyası "Elm" Nəşriyyatının direktor müavini.
Vüqar Haqverdiyev | |
---|---|
Doğum tarixi | 25 yanvar 1967 (57 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Atası | Məmməd Ağa oğlu Haqverdiyev (1929-2006) |
Anası | Tərlan Həsən qızı Haqverdiyeva (1934-2012) |
İş yeri | |
Təhsili | |
Tanınır | Uşaq yazarı |
Üzvlüyü |
Vüqar Məmməd oğlu Haqverdiyev 25 yanvar 1967-ci il tarixində Azərbaycan Respublikasının Ağdam rayonunda anadan olub. Orta təhsili 1973–1981-ci illərdə Ağdam rayon 5 saylı orta məktəbdə, 1981–1983-cü illərdə isə Bakı şəhəri, 5 nömrəli kimya-biologiya təmayüllü internatda alıb. 1988-ci ildə Ukraynanın Dnepropetrovsk Dövlət Universitetinin Tətbiqi-riyaziyyat fakültəsini bitirib. 1988-ci ildə təyinatla Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda mühəndis kimi fəaliyyətə başlayıb. 2002-2021-ci illər AMEA Rəyasət Heyəti Aparatının Elm və Təhsil İdarəsinin rəis müavini, 2021-ci ilin may ayının 19-dan isə Azərbaycan Milli Elmlər Akademiyası “Elm” Nəşriyyatının direktor müavinidir.
Vüqar Haqverdiyev Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Əhalinin maarifləndirilməsi, xüsusən İnformasiya cəmiyyəti quruculuğu prosesi, internet, elektron hökumət, habelə sığorta, uşaq hüquqlarının qorunması və digər aktual mövzularda yazdığı analitik məqalələrə görə dəfələrlə respublika səviyyəli yazı müsabiqələrində qalib yerlərə layiq görülüb, 4 dəfə "İnformasiya cəmiyyətinin jurnalisti" adını qazanıb. O həm də Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, cəmiyyətdə uşaq yazarı kimi tanınır. 10-a yaxın müasir və rəngli nağıl kitabının, cizgi filmi ssenarisinin müəllifidir. Yazdığı uşaq əsərləri və ssenarilər də mötəbər müsabiqələrdə qalib yerlərə layiq görülüblər. Bir neçə uşaq kitabımın rəssamı şəxsən özüdür.
Evlidir, bir qızı və bir oğlu var.
№ | Əsərin adı | Dərc olunduğu mənbə | Qeydlər |
---|---|---|---|
1 | Hesablama texnologiyalarının inkişaf tarixi (Əllə hesablamadan kompüterə qədər) | Kitab, Bakı, "MSV Nəşr", 2017 | Kitabın elektron variantı Azərbaycanda telefon rabitəsinin yaranmasının 130 illiyi münasibətilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) tərəfindən keçirilmiş müsabiqədə "İKT üzrə ən yaxşı kitab" nominasiyası üzrə 3-cü yerə layiq görülüb. |
2 | Azərbaycanda internet və onun sosial-psixoloji aspektləri | "Dirçəliş – XX əsr" jurnalı, 2008–2009, №: 130–131, s. 401–412. Bakı | 2011-ci ildə NRYTN, Azərbaycan İnternet Forumu, HP və ULTRA şirkətlərinin birgə keçirdikləri "İnformasiya cəmiyyətinin jurnalisti" müsabiqəsində III yerə layiq görülüb. |
3 | İnformasiya və inkişaf | "Azərbaycan" qəzeti, 2009, 1 oktyabr | "İnformasiya cəmiyyətinin jurnalisti" müsabiqəsində II yerə layiq görülüb, 2012-ci il. |
4 | "Abonent şəbəkə xaricindədir…" | http://modern.az/articles/20534/1/ 25.01.2012. | "İnformasiya cəmiyyətinin jurnalisti" müsabiqəsində III yerə layiq görülüb, 2013-cü il. |
5 | "ASAN xidmət"in asan izahı | http://modern.az/articles/33224/1/#gsc.tab=0 14.01.2013 | "İnformasiya cəmiyyətinin jurnalisti" müsabiqəsində II yerə layiq görülüb, 2014-cü il. |
6 | İşdə sığortalan: rahat işlə, rahat dolan! | https://news.milli.az/economy/40240.html
09 Mart 2011 |
Yazı "Atəşgah" Sığorta Şirkətinin peşəkar jurnalistlər üçün keçirdiyi "İstehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın sosial aspekti" mövzusunda yazı müsabiqəsində "Ən yaxşı məqalə" nominasiyası üzrə 1-ci yerə layiq görülüb. |
7 | Virtual məkanda təhlükəli məqamlar | "Azərbaycan" qəzeti, 2010, 13 fevral | 2010-cu ildə NRYTN-in keçirdiyi müsabiqədə "İKT üzrə ən yaxşı aktual məqalə" nominasiyası üzrə birinci yerə çıxıb. |
8 | "Həyatını sığorta et! Rahat yaşa!" | http://modern.az/articles/5475/1/ 04.06.2010 | Yazı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və "İRƏLİ" İctimai Birliyinin "Sığortalı gələcək" layihəsi çərçivəsində birgə keçirdiyi müsabiqədə "Sığorta barədə ən yaxşı məqalə" nominasiyası üzrə ikinci yerə layiq görülüb.
Əlavə olaraq qeyd edək ki, həmin layihə çərçivəsində keçirilən "Sığorta barədə ən yaxşı karikatura" müsabiqəsində Vüqar Haqverdiyevin çəkdiyim karikatura 1-ci yerə layiq görülüb. |
9 | Uşaq hüquqlarının qorunması balalarımızın işıqlı gələcəyi üçündür | "Elm" qəzeti, 2009, −31 oktyabr, // 525-ci qəzet, 30.10.2009 | Yazı Ombudsman Aparatının keçirdiyi "Uşaq hüquqları hamı üçün" mövzusunda jurnalist yazıları müsabiqəsində III yerə layiq görülüb və müəllif Ombudsman tərəfindən xüsusi Diplom və mükafatla təltif edilib. |
10 | Atalar sözlərinə informatik yanaşma | "Azərbaycan" qəzeti, 2009, 1 mart. | Yazı öz orijinallığına və yeni yanaşma üslubuna görə rəsmi dövlət qəzetində "Yeni baxış bucağı" rubrikası altında verilib. |
11 | Avtomatlaşdırıl¬mış pensiya təminatı: pensiyaçılara bəxş edəcəkmi xoşbəxt həyatı?… | https://news.milli.az/economy/41416.html 18.03.2011 | Yazı, Dövlət Sosial Müdafiə Fondunun "Sığorta-pensiya sistemində şəffaflığın artırılması etibarlı sosial müdafiənin əsas şərtidir" mövzusunda elan etdiyi müsabiqəyə təqdim edilib və həvəsləndirici mükafata layiq görülüb |
12 | İnformasiyanın cəmiyyətin inkişaf tarixində rolu | "Elm" qəzeti, 2008, −29 dekabr | |
13 | "Elektron Azərbaycan": vətəndaş hüquqlarını reallaşdıran virtual məkan | "Rabitə dünyası" qəzeti, 2009.-10,17, 24 aprel | |
14 | Yuxuların informasiya dili | "Rabitə dünyası" qəzeti, 2009, 18 dekabr. | |
15 | Texnologiyaların informasiya dili | "Rabitə dünyası" qəzeti, 2010, 6 fevral | |
16 | Azərbaycanın qədim tarixinə və mədəniyyətinə informatik ekskursiya | "Rabitə dünyası" qəzeti, 2010, 25 iyun | |
17 | Ümumtəhsil məktəblərində İKT-nin rolu | "Azərbaycan müəllimi" qəzeti, 2010, 12 noyabr | |
18 | Elmi informasiyanın əhəmiyyəti | "Rabitə dünyası" qəzeti, 2010, 17 sentyabr | |
19 | "@" işarəsi internetin rəmzi simvoluna necə çevrilib? | "Rabitə dünyası" qəzeti, 2010, 14 may | |
20 | Adların informasiya dəyəri | "Üç nöqtə" qəzeti, 2009, 19 dekabr | |
21 | Hər ad bir informasiya daşıyıcısıdır | "Üç nöqtə" qəzeti, 2010, 16 yanvar | |
22 | Taksi sıxlığını necə aradan qaldırmalı? | https://news.milli.az/society/18394.html 23.08.2010 | |
23 | İlk informasiya genetik formada olub | "Üç nöqtə" qəzeti, 2010, 20 fevral | |
24 | İnternet-addiksiyanın əlamətləri | "Üç nöqtə" qəzeti – 2010, 6 mart. | |
25 | Virtual məkanın gizli sakinləri | 525-ci qəzet. 2009.- 25 oktyabr. | |
26 | Uşaqlara necə ad seçək? | "Üç nöqtə" qəzeti – 2010, 9 yanvar. | |
27 | Sözün qüdrəti | "Üç nöqtə" qəzeti – 2010, 3 aprel. | |
28 | Say-hesab necə yaranıb? | https://news.milli.az/economy/22859.html 08.10.2010 | |
29 | Kompüter hərflərinin nizamsızlığı nədən xəbər verir? | https://news.milli.az/society/24102.html 08.11.2010 | |
30 | Reklam necə hazırlanmalıdır: "Qışqıran" informasiyanın sirləri | https://news.milli.az/economy/17705.html 30.07.2010 | |
31 | Adın tale ilə bağlılığı: hansı adlar həyatda uğur gətirir? | https://news.milli.az/society/24303.html 25.11.2010 | |
32 | Bədnəzərdən necə qorunmalı? | https://news.milli.az/society/18074.html 11.09.2010 | |
33 | Gizli ayamalar: ləqəbinizdən xəbəriniz varmı? | https://news.milli.az/society/29327.html 11.01.2011 | |
34 | Yuxular nədən xəbər verir? | https://news.milli.az/society/32877.html 19.01.2011 | |
35 | İMEİ nömrədəki rəqəmlər nədən xəbər verir? | https://modern.az/az/news/22309/ 28.03.2012 | |
36 | Elektron hökumət nədir? | http://modern.az/az/news/42845#gsc.tab=0 12.08.2013 |
2011-ci ildə uşaqlar üçün yazdığı "Həyəti kim təmizləyirmiş?" hekayəsi "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti tərəfindən keçirilən nağıl müsabiqəsində ikinci yerə layiq görülüb. Həmin nağıl uşaqlar üçün hazırlanmış "Təmiz şəhər nağılları" jurnalına daxil edilib və jurnal çoxsaylı tirajla çap edilərək Bakı şəhəri ərazisində yerləşən bütün orta məktəblərə pulsuz paylanılıb. |
2011-ci ildə cizgi film üçün yazdığı "Özgəyə quyu qazan, özü düşər!" ssenarisi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən keçirilən ssenari müsabiqəsində 3-cü yerə layiq görülüb. |
2014-cü ildə yazdığı "İbişin nağılı" əsəri Azərbaycan Yazıçılar Birliyinin, respublikamızın bir sıra nüfuzlu xəbər saytlarının təşkilatçılığı və informasiya dəstəyi ilə keçirilən "Müasir nağıl" müsabiqəsində II yerə layiq görülüb. |
2015-ci ildə Azərbaycan Yazıçılar Birliyi və Qafqaz Nəşriyyat evinin birgə keçirdiyi "Müasir uşaq nağılları" I Respublika müsabiqəsi üçün yazdığı "Sehrli tütək" nağılı münsiflərin hamısından ən yüksək bal alaraq III yerə layiq görülüb. Qeyd edək ki, həmin müsabiqədə 1-ci və 2-ci yerlər müəyyənləşdirilməyibr. |
2016-cı ildə "Şir südü" adlı şəkilli nağıl kitabı nəşr olunub. |
2016-cı ildə "Sehrli planşet" adlı nağıl kitabı işıq üzü görüb. Nağıl "Altun Kitab" nəşriyyatı tərəfindən yüksək poliqrafik keyfiyyətdə və rəngli şəkillərlə çap olunub. "Sehrli planşet" nağılı əsasında hazırladığı eyni adlı cizgi filmi ssenarisi ölkə Prezidentinin "Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" 1 mart 2019-cu il tarixli Sərəncamının icrası ilə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən 2019-cu il noyabr ayında keçirilmiş bədii və animasiya filmi ssenariləri müsabiqəsində qaliblər sırasında yer alıb və həmin ssenariyə animasiya filmi çəkilməsi nəzərdə tutulub. |
2017-ci ildə “Qarınqulu ayı balası” adlı rəngli nağıl kitabı nəşr edilib. Həmin nağıl əsasında hazırladığı eyni adlı cizgi filmi ssenarisi “Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari” nominasiyası üzrə 2019-cu ilin oktyabr ayında Bakıda keçirilən II ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının final mərhələsində iştirak edib. Bundan əlavə sözü gedən nağıl əsasında hazırladığı “Qarınqulu ayı balası” uşaq pyesi Bakı Uşaq və Gənclər Teatrında səhnələşdirilib və 2022-ci il fevralın 19-da böyük anşlaqla premyerası keçirilib. |
"Göyərçin" jurnalının 2017-ci ilin mart nömrəsində uşaqlar üçün "Barışıq" adlı qısa hekayəsi dərc olunub. |
"Günəş" uşaq jurnalının 2017-ci ilin fevral nömrəsində "Uçan fincanlar" adlı hekayəsi dərc olunub. |
2017-ci ildə "Nafta-Press" nəşriyyatı tərəfindən "Müasir nağıllar" adlı kitabı nəşr olunub. Kitaba son illər yazdığı əsərlər, o cümlədən Azərbaycan uşaq ədəbiyyatının inkişafı ilə bağlı ölkədə keçirilmiş mötəbər nağıl müsabiqələrində yüksək yerlərə layiq görülmüş nağıllar daxil edilib. Kitabın rəssamı müəllif özüdür. |
2018-ci ildə Azərbaycan uşaq ədəbiyyatının inkişaf etdirilməsi, həm də xüsusi istedadlı uşaqların aşkara çıxarılması və onlara öz bacarıqlarını göstərmək imkanlarının yaradılması istiqamətində həyata keçirdiyi xüsusi layihə çərçivəsində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının "Bacarıqlı əllər" rəsm dərnəyinin 10-a yaxın üzvü öz fantaziyalarını və bacarıqlarını göstərərək müəllifi olduğu "Qızıl balıq" nağılının süjetinə və obrazlarına uyğun rəngarəng rəsmlər çəkiblər və nağıl həmin rəsmlərlə birgə rəngli kitab şəklində nəşr olunub. |
"Saçları səməni oğlan" adlı nağılı Ədəbiyyat qəzetində (2019, 16 mart, № 10, 26–27 səh.) dərc edilib və 2020-ci ildə həmin nağıl rəngli kitab şəklində nəşr olunub. Kitabın rəssamı müəllif özüdür. Həmin nağıl əsasında hazırladığı eyni adlı uşaq pyesi 2020-ci ilin mart ayında Mingəçevir Dövlət Dram Teatrında səhnələşdirilib, ancaq Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar təqdimatı keçirilməyib. Pandemiya ilə bağlı sərt karantin rejimi yumşaldılandan sonra “Saçları səməni oğlan” pyesi Məmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında səhnələşdirilib və 2022-ci il martın 22-25-i tarixlərində böyük anşlaqla uşaqlara təqdim olunub. |
"Qıvrımsaçın hoqqaları" adlı çoxfəsilli nağıl kitabı nəşrə hazırlanıb. Kitabın rəssamı müəllif özüdür. |
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan mədəniyyətinin, xalça və xalçaçılıq, təsviri və dekorativ sənət nümunələrinin ən yaxşı hekayəsi ilə bağlı keçirdiyi "Muzey eksponatının hekayəsini sən danış" müsabiqəsində "Döyüşçünün zirehli hərb geyimi" adlı hekayəsi "Ən yaxşı hekayə" kateqoriyası üzrə qaliblərdən biri olub.
2022-ci ildə elmi-fantastika janrında yazdığı “Zaman maşınında səyahət: Qırmızı adamlar planeti” kitabı nəşr olunub. Yeniyetmə uşaqlar üçün nəzərdə tutulan həmin kitab “Xan” nəşriyyatının “Balabilgə Nəşrləri”ndə işıq üzü görüb. Nəşrin rəssamı müəllif özüdür. |
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2013-cü ildə Bakı Beynəlxalq Turizm Filmləri Festivalı üçün keçirdiyi loqo müsabiqəsi üçün hazırladığı loqo layihəsi 200-dən çox eskiz və layihə arasından 1-ci yerə layiq görülüb. |
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzinin 2017-ci ildə keçirdiyi "Ən yaxşı hərbi vətənpərvərlik simvolikası" müsabiqəsi üçün hazırladığı hərbi simvol 1-ci yerə layiq görülüb. |
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və "İRƏLİ" İctimai Birliyinin "Sığortalı gələcək" layihəsi çərçivəsində 2011-ci ildə birgə keçirdiyi müsabiqədə "Sığorta barədə ən yaxşı karikatura" nominasiyası üzrə çəkdiyi karikatura birinci yerə layiq görülüb. Mənbə: https://modern.az/az/news/19323 |
Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətinin geniş işıqlandırılması və cəmiyyətdə elmə marağın artırılması məqsədilə hazırlanmış və 2018-ci ildə nəşr edilmiş AMEA haqqında 176 səhifəlik müfəssəl məlumat kitabının (bukletin) tərtibçisi və dizayneridir. |