Vüqar Mustafayev (dövlət xadimi)

Vüqar Valeh oğlu Mustafayev (1986, Bakı) — Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin nazir müavini.

Vüqar Mustafayev
Vəzifədədir
15 mart 2023-cü ildən
Şəxsi məlumatlar
Doğum tarixi 1986
Doğum yeri
Təhsili
Uşağı 2

Həyatı[redaktə | mənbəni redaktə et]

Vüqar Mustafayev 1986-cı ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə bakalavr dərəcəsi üzrə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Mühəndis iqtisadiyyatı və idarəetmə — Menecment ixtisasına daxil olmuş, 2008-ci ildə fərqlənmə ilə bitirmişdir.[1] 2010 – 2013-cü illərdə Xəzər Universitetinin Maliyyə və kredit ixsitsası üzrə "Biznesin idarə edilməsi (MBA)" magistr proqramı üzrə məzun olmuşdur.[2]

O, 2016-cı ildən etibarən beynəlxalq assosasiya olan Daxili Auditorlar İnstitutunun üzvü olmaqla yanaşı "Certified İnternal Auditor (CİA)" – Beynəlxalq Daxili Auditor kvalifikasiyası əldə etmişdir və 2020-ci ildən beynəlxalq "İBM Data Science Specialization" – Data Elmi üzrə ixtisastlaşmış kvalifikasiyaya sahibdir.[1]

Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının N saylı hərbi hissəsində hərbi xidmətdə olub.[3]

Ailəlidir. İki övladı var.

Karyerası[redaktə | mənbəni redaktə et]

Vüqar Mustafayev bakalavr təhsili dövründə 2006 – 2008-ci illərdə müxtəlif şirkətlərdə Təlim Koordinatoru və Maliyyə və mühasibatlıq üzrə mütəxəssis vəzifələrində fəaliyyət göstərib.

2009 – 2012-ci illərdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq audit şirkəti "Ernst & Young CIS B. V" şirkətində baş mütəxəssis olaraq çalışıb. 2012 – 2014-cü illərdə Azerfon MMC-də Daxili Audit Departamentinin Direktoru vəzifəsini icra edib. 2014-cü ildən etibarən PAŞA Holdinq MMC və ona aid olan Şirkətlərdə müxtəlif rəhbər vəzifələrində çalışıb. 2014-cü ildə PAŞA Holdinq MMC-də İcraçı Direktorun Müşaviri vəzifəsinə təyin olunub. 2014-cü ildən etibarən PAŞA Sığorta ASC və PAŞA Həyat Sığorta ASC-nin Təftiş Komissiyasının sədri kimi fəaliyyət göstərib. 2021-ci ildə PAŞA Holdinq MMC-nin Türkiyə Respublikasındakı Nümayəndəliyinin Rəhbəri, eyni zamanda İstanbul mərkəzli PDT və Gayrımenkul A. Ş. şirkətinin Müşahidə Şurasının sədri təyin edilib.[1][2]

Azərbaycan Respublikası Prezidentinin 15 mart 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin olunub.[1][2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 "Rəhbərlik". mdi.gov.az (az.). 2022-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-28.
  2. 1 2 3 "Müdafiə sənayesi nazirinə yeni müavin təyin olunub". Apa.az (az.). 2023-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-28.
  3. modern.az. "Mədət Quliyevin yeni müavini kimdir? - DOSYE". modern.az (az.). İstifadə tarixi: 2023-03-28.