Nar — Azerfon MMC-nin Azərbaycanda fəaliyyət göstərən GSM standartlı mobil rabitə operatoruna məxsus olan əmtəə nişanı.
Nar | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Mobil rabitə operatoru |
Sənaye | Mobil rabitə |
Təsis tarixi | 21 mart 2007 |
Baş qərargahın yeri | Bakı, Azərbaycan |
Rəhbərlik | |
Rəhbərlik |
Qunnar Panke (Baş İcraçı Direktor) Ruslan Ramazanov (Marketinq direktoru) Fariz Cəfərov (Satış direktoru) Hökümə Kərimova (İctimaiyyətlə Əlaqələr üzrə direktor) |
nar.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Şirkətin açıqlamasına görə “Nar” əmtəə nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%[1]-ni əhatə edir və 2,24 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
“Nar” şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.
Azerfon MMC şirkəti 2005-ci ildə rəsmi qeydiyyatdan keçib[2]. 2007-ci il mart 21-də “Nar Mobil” əmtəə nişanı ilə fəaliyyətə başlayıb (link). 2008-ci ildə “Nar” Azərbaycanda 3G texnologiyası əsasında xidmət təklif edən mobil operator olub[3]. 2016-ci ildə şirkət re-brendinq edərək loqosunu dəyişdi və əmtəə nişanını “Nar mobile” yerinə sadəcə “Nar” olaraq təsbit etdi.[4]
Nar şirkətinin Nar+ adlı tətbiqi var. Bu tətbiqi App Store və Google Play Store-da endirmək əlçatandır. Nar+ 20 avqust 2019-da istifadəyə verilib. 2022-ci ilə əsasən 500 min endirməni aşıb.[5] Tətbiqdə Azərbaycan dili, İngilis dili, Rus dili dəstəklənir.
“Nar” şəbəkəsi Azərbaycan əhaləsinin 99%-ni əhatə edir. Azad edilmiş ərazilər istisna olmaqla, ölkə ərazisinin 97%-ni 3G şəbəkəsi (link),91%-ni 4G şəbəkəsi ilə əhatə edir. Müştəri bazası 2.2M. Bazar payı 21%
“Nar”ın əsas korporativ məsuliyyət strategiyasının əsas istiqamətləri: Fiziki məhdudiyyətli şəxslərə , təhsil və maarifin təbliği, idmana dəstək.