Vüqar Şahmar oğlu Novruzov (1962, Laçın rayonu) — hüquq elmləri doktoru, Moldova Azərbaycanlıları Konqresinin sədri.
Vüqar Novruzov | |
---|---|
Vüqar Şahmar oğlu Novruzov | |
Doğum tarixi | 1962 |
Doğum yeri | |
Elm sahəsi | Hüquq |
Elmi dərəcəsi | Hüquq elmləri doktoru |
İş yeri | "Azmol Kompany" |
Mükafatları |
1962-ci ildə Laçın rayonunda anadan olub. 1980-ci ildən Moldova Respublikasında yaşayır. 1988-ci ildə Moldova Dövlət Universitetinin hüquq fakultəsini bitirib, hüquq elmləri doktorudur. 1992-ci ildən biznes fəaliyyəti ilə məşuldur, "Azmol Company" şirkətinin prezidentidir.
2004-cü ildən Moldova Azərbaycanlıları Konqresinin sədridir.
"Dədə Qorqud" Fondu və "Azərbaycan Dünyası" Beynəlxalq jurnalı Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzovu "Vətən övladı" ordeni ilə təltif edib[1]. Təltifetmə mərasimi 10 fevral 2011-ci il tarixində Moldovanın paytaxtı Kişinyov şəhərində “Moldexpo”nun «Casa vinului» sərgi salonunda keçirilib[2].
Moldova Prezidenti tərəfindən "Gloria Muncii" ordeni ilə təltif edilib. Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə Vüqar Şahmar oğlu Novruzov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 iyul 2011-ci il sərəncamı ilə “"Tərəqqi" medalı” ilə təltif edilib. Vüqar Novruzov 10 noyabr 2016-cı ildə Moldova Respublikasının Prezidenti Nikolae Timoftinin sərəncamı ilə Moldovanın ali dövlət mükafatı - "Respublika" ordeni ilə təltif olunub.[3]
1 mart 2018-ci ildə Yazıçılar Birliyinin sədri Anar Rzayev tərəfindən Vüqar Şahmar oğlu Novruzov Yazıçılar Birliyinin fəxri üzvü seçilmişdir .