Vüqar Quliyev (karateçi)

Quliyev Vüqar Əşrəf oğlu — azərbaycanlı idmançı.

Vüqar Quliyev
Vüqar Əşrəf oğlu Quliyev
Doğum tarixi (46 yaş)
Doğum yeri Füzuli şəhəri
Azərbaycan Azərbaycan SSR
Fəaliyyəti atlet

Həyatı[redaktə | mənbəni redaktə et]

Vüqar Quliyev 29 oktyabr 1976-cı ildə Füzuli şəhərində anadan olmuşdur. 1982-ci ildə Füzuli şəhər rus orta məktəbinə getmiş, 1992-ci ildə orta məktəbi bitirmişdir. O, orta məktəbi bitirdikdən sonra 1993-cü ildə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının təkmübarizəlik fakültəsinə daxil olmuş, 1998-ci ildə həmin akademiyanı bitirmişdir. 1999-2000-ci illərdə hərbi xidmətdə olmuş, Xüsusi Təyinatlı Bölükdə xidmət etmişdir. Hələ uşaq yaşlarından idmana maraq göstərən Vüqar Quliyev əvvəllər idmanın voleybol növü üzrə məşğul olmuş, bir sıra çempionatlarda iştirak etmişdir. 1993-cü ildən isə karatenin kyokuşinkay növü ilə məşğul olmağa başlamışdır. 1999-cu ildə Azərbaycan çempionu, 2003-cü ildə respublika ikincisi, 2005-ci ildə isə 3-cü yerə layiq görülmüşdür. I dan qara kəmər ustasıdır. 2004-cü ildə isə Rusiya çempionatının iştirakçısı olmuşdur. 2005-ci ildə karatenin tamaşivari növü üzrə keçirilən çempionatda birinci yerə layiq görülmüşdür. Rusiya Kyokuşinkay Fedarasiyasının Perm şəhəri üzrə nümayəndəsidir və burada fəaliyyət göstərən karate idman klubuna rəhbərlik edir. Kyokuşin Karate Federasiyasının təşkil etdiyi yarışlarda hakim kimi də fəaliyyət göstərir.

"Tornado" Kinostudiyasının çəkdiyi "Prokuror" filminin baş produseri və baş rolun ifaçısıdır.

Əslən Yağlıvənd kəndindən olan tanınmış zurna, balaban ifaçısı Həsənqulu Quliyevin nəvəsi, Füzuli rayon voleybol yığma komandasının rəhbəri Əşrəf Quliyevin oğludur.

Mənbə[redaktə | mənbəni redaktə et]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Güllələnmə təxirə salınır!... (film, 2002)
  2. Prokuror