Vüqar Quliyev (12 dekabr 2001; Qaraqaşlı, Ağsu, Azərbaycan — 3 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi[1].
Vüqar Quliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qaraqaşlı, Ağsu, Azərbaycan |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat yeri | Xocavənd rayonu, Azərbaycan |
Dəfn yeri | Ağsu Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019-2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri |
Quliyev Vüqar Fizuli oğlu 12 dekabr 2001-ci ildə Ağsunun Qaraqaşlı kəndində anadan olub. Orta təhsilini Ağsu şəhər 4 saylı məktəbdə alıb. 2018-ci ildən Bakıda peşə məktəbində qaynaqçı kimi peşə təhsili alıb. Sonradan həqiqi hərbi xidmətə yollanıb. 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsinə qatılıb. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 3 noyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində həlak olmuşdur. 8 noyabr 2020-ci ildə Ağsu Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalı və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib[2].