Vüqar Sadıqov

Vüqar Lətif oğlu Sadıqov (1987, Göycəli, Qazax rayonu12 iyul 2020, Tovuz rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, 2020-ci il iyulunda Tovuz istiqamətində baş verən döyüşlərin şəhidi.[1]

Vüqar Sadıqov
Şəxsi məlumatlar
Doğum tarixi 1987
Doğum yeri
Vəfat tarixi 12 iyul 2020(2020-07-12)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020
Rütbəsi Çavuş
Döyüşlər Tovuz döyüşləri
Təltifləri "İgidliyə görə" medalı — 2020

Vüqar Sadıqov 1987-ci ildə Ağstafa rayonunun Göycəli kəndində anadan olub.[2] Ailəli, üç qız və bir oğul atası idi.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Silahlı Qüvvələrinin çavuşu olan Vüqar Sadıqov 2020-ci il iyulun 12-də Ermənistan Silahlı Qüvvələri Tovuz rayonu istiqamətində təxribatının qarşısını alan zaman şəhid olub.[2] Tovuz döyüşlərinin şəhidi Vüqar Sadıqov iyulun 13-də doğulduğu Ağstafa rayonunda dəfn olundu.[2]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Sadıqov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[3][4]

  1. Güləmail Murad. "Tovuz döyüşləri". Bakı, "CBS PP", 2021
  2. 1 2 3 "Ağstafalı şəhidimiz Vüqar Sadıqov doğma qəsəbəsi Göycəlidə dəfn olunub". www.agstafa-ih.gov.az (Ağstafa RİH rəsmi saytı) (az.)). 13.07.2020. 2020-07-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13.07.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "İgidliyə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı" (az.). 18.12.2020. 2020-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "İgidliyə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı" (az.)). 18.12.2020. 2020-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.