Göycəli — Azərbaycan Respublikasının Ağstafa rayonunun Göycəli kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Ağstafa rayonunun Göycəli kəndi Kalininkənd qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Göycəli kənd Soveti yaradılmışdır.[2] Azərbaycan Respublikası Milli Məclisinin 8 iyun 1999-cu il tarixli, 680-IQ saylı Qərarı ilə Ağstafa rayonunun Göyçəli kəndi Xətai kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Göyçəli kənd inzibati-ərazi vahidi yaradılmışdır.[3]
Göycəli | |
---|---|
41°02′37″ şm. e. 45°28′37″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Toponim Göyçə hidronimindəndir[4].
Kəndin qədim adı Bəyazatlı kəndi idi.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2458 nəfər əhali yaşayır.[5]
Kənddə Əbülfəzlil Abbas məscidi dini icması fəaliyyət göstərir.[6]
Ağstafa rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |