Vüsal İsmayılzadə

Vüsal İsmayılzadə (tam adı: Vüsal Əlibəndə oğlu İsmayılzadə; 2001, Bakı şəhəri, Azərbaycan21 oktyabr 2020; Xocavənd rayonuDüdükçü kəndi, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2-ci Qarabağ müharibəsinin şəhidi.[1]

Vüsal İsmayılzadə
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı şəhəri
Vəfat tarixi (19 yaşında)
Vəfat yeri Xocavənd rayonu Düdükçü kəndi
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri Bakı şəhəri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Rütbəsi Əsgər
Döyüşlər Zəngilan uğrunda döyüşlər, Füzuli əməliyyatı, Cəbrayıl uğrunda döyüşlər, İkinci Qarabağ müharibəsi,Hadrutun azad edilməsi
Təltifləri

Vüsal İsmayılzadə 2001-ci il oktyabr ayının 17-də Bakı şəhəri Buzovna qəsəbəsində anadan olub. 2007-2018-ci illərdə Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən 322 nömrəli tam orta məktəbdə təhsil alıb. Məzarı " Buzovna Şəhidlər Xiyabanı"nda yerləşir.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

2018-ci ildə orta məktəbi bitirdikdən sonra 2019-cu ilin oktyabrın 23-ü Xəzər rayonu Hərbi Komissarlığına çağırılır.

İkinci Qarabağ müharibəsində iştirakı

[redaktə | mənbəni redaktə et]

Sentyabr ayının 27-də İkinci Qarabağ müharibəsi başlayanda Vüsal İsmayılzadə əsgər yoldaşları ilə birlikdə əvvəlcə Füzuli, Cəbrayıl və Zəngilan, Xocavənd rayonlarının işğaldan azad olunmasında azad edilməsində böyük şücaət və qəhrəmanlıq göstərir. Onun döyüşlərdə necə mətinliklə vuruşduğu, göstərdiyi rəşadəti haqqında komandiri və əsgər yoldaşları ağız dolusu danışırlar.[1] Oktyabrın 21-də Xocavənd rayonu Düdükçü kəndi istiqamətində gedən döyüşlərə qatılırlar və əsgər yoldaşları ilə raket atəşinə tutulurlar. Əsgər yoldaşları ilə birgə Vüsalda yaralanır. Yaralıları aparmağa maşın gələndə Vüsal əsgər yoldaşlarının maşına mindirilməsində köməklik göstərir. Ona özünün də minməsini də təklif etsələr də o onun daha çox yardıma ehtiyacı var deyərək öz yerinə digər əsgəri mindirir və növbəti kömək üçün maşının gəlməsini, yaralı dostlarını tək qoymamağı seçir. Yaralı halda çoxlu qan itirdiyindən Vüsal növbəti maşınla hərbi hospitala çatdırılanadək Şəhidlik zirvəsinə ucalır. 23 oktyabr 2020-ci ildə doğulduğu Buzovna qəsəbəsində yerləşən " Buzovna Şəhidlər Xiyabanında" dəfn olunub. Azərbaycan nın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 15 dekabr 2020-ci il tarixli sərənacamına əsasən "Vətən uğrunda" medalı , "Füzulinin azad olunmasına görə" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı [2] ilə təltif edildi.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 https://xeber.media/news/15944798/dostlarini-xilas-edib-ozu-sehid-oldu-foto
  2. "Arxivlənmiş surət". 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-25.