Azərbaycanlı hərbçi, İkinci Qarabağ Müharibəsinin simvollarından biridir. Müharibənin gedişində Müdafiə Nazirliyinin mütəmadi olaraq paylaşdığı videodan Sosial Media istifadəçiləri onun şəklini kəsib paylaşdıqdan sonra məşhurlaşmışdı. O Müharibə dövründə və sonrakı dövrlərdə sosial şəbəkələrin Azərbaycan seqmentinin gündəmində qalmışdı. Bu səhnə təsadüfi epizoddan yaranıb. Kadrlar Qubadlının Sarıyataq kəndində döyüş zamanı lentə alınıb[1].
Topçu Vüsal | |
---|---|
Vüsal Şahkərimov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xaçmaz rayonu, Qusarçay kəndi |
Vətəndaşlığı | Azərbaycan Respublikası |
Milliyyəti | Azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Azərbaycan Quru Qoşunları |
Döyüşlər | İkinci Qarabağ Müharibəsi |
Təltifləri | "Füzulinin azad olunmasına görə" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı, "Qubadlının azad olunmasına görə" medalı |
Vüsal Şahkərimov 29 iyun 2001-ci il tarixində Xaçmaz rayonunun Qusarçay kəndində dünyaya gəlib. Ailəsi Quba rayonunun Cimi kəndindəndir. O, İkinci Qarabağ Müharibəsi başlamazdan 17 ay əvvəl, 29 iyun, 2019-cu il tarixində hərbi xidmətə yola düşüb. Döyüşlərə ilk olaraq Fizuli rayonunda başlayıb. Sonradan onun xidmət etdiyi hərbi hissə Şuşaya köçürülüb. 1 iyul 2021-ci ildə ordu sıralarından təxris olunub. Hazırda Xaçmaz rayonunda yaşayır.[2] 2024-cü ildə Rusiyanın Şimali Qafqaz Federal Universitetinə qəbul olub.[3]
2023-cü ildə Fransada rejissor Kristofer Raylat tərəfindən "Ermənistan Təhlükədədir" adlı təbliğat filminin çəkilməsi üçün vəsait yığımı kampaniyasına start verilmişdi. Həmin kampaniyanın posterində Topçu Vüsalın məşhur fotosu erməni hərbçinin fotosu kimi təqdim olunmuşdu.[4]
Vüsal Şahkərimovun məşhur şəkli Azərbaycan Respublikası Təhsil Nazirliyinin 9-cu siniflər üçün dərs vəsaiti olan "Zəfər Tarixi" kitabının 44-cü səhifəsində, "Vətən müharibəsi" bölməsinin ilk səhifəsində yerləşdirilib.[5]
Vüsaş Şahkərimov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə"Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə[6]", "Qubadlının azad olunmasına görə[7]" medalları ilə təltif olunub.