Vüsal Rüstəmov (dövlət məmuru)

Vüsal İbrahim oğlu Rüstəmov — Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən "İnnovasiyalar Mərkəzi" MMC-nin direktoru[1].

Rüstəmov Vüsal
Vəzifədədir
21 fevral 2022-ci ildən
SədrÜlvi Mehdiyev
Şəxsi məlumatlar
Təhsili Azərbaycan Dövlət İqtisad Universiteti

Həyatı və fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Vüsal İbrahim oğlu Rüstəmov 9 yanvar 1986-cı il tarixində anadan olub.

2003–2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində prezident təqaüdçüsü kimi bakalavr,[2] 2008–2010-cu illərdə İsveçrədə, Cenevrə Beynəlxalq Universitetində Biznes idarəçiliyi üzrə magistr təhsili alıb.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində iştirak edib və İsveçrədə təhsil alıb.[3]

Əmək fəaliyyətinə 2010–2017-ci illər ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunda mütəxəssis kimi başlayıb. 2017–2018-ci illər ərzində fəaliyyətinə İsveçrənin "Tofoyl AG" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində direktor müavini kimi davam edib. 2018–2020-ci illərdə "İnnovasiyalar Mərkəzi" MMC-də "ASAN kommunal" departamentinin müdiri vəzifəsində çalışıb. 20 may 2020-ci ildə "İnnovasiyalar Mərkəzi" MMC-nin direktor müavini vəzifəsinə təyin edilib.

21 fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin əmrinə əsasən "İnnovasiyalar Mərkəzi" MMC-nin direktoru vəzifəsinə təyin olunub.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""ASAN Xidmət"in "İnnovasiyalar Mərkəzi"nin rəhbərliyinə müvəqqəti təyinat olub". 2023-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-06.
  2. "2003/2004-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.
  3. ""2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında". 2023-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-29.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]