Vəcihə Qaşqa(1 iyul 1935 – 23 noyabr 2017, Simferopol) — krım tatar ictimai xadimi, krım tatar milli hərəkatının fəallarından biri.[1] "Novaya qazeta" və digər krım tatar fəalları onu "vətənə yol açmış" "simvol" adlandırırdılar. [2]
Vəcihə Qaşqa | |
---|---|
krımtat. Veciye Qaşqa | |
Doğum tarixi | 1 iyul 1935 |
Vəfat tarixi | 23 noyabr 2017 (82 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | ictimai xadim[d] |
Vəcihə Qaşqa 1 iyul 1935-ci ildə Üsküt kəndində anadan olub. 9 yaşında ikən digər krım tatarları kimi sürgün edilib. Özbəkistana sürgün edilən o, 1950-ci illərdə Krım tatar milli hərəkatına qoşulub. 1960-ci illərin sonunda Krıma gəlməyə cəhd göstərib, lakin qeydiyyatının olmadığına görə buradan qovulub. 1969-cu ildə hadisə yenidən təkrarlanıb. 1974-cü ildə Andrey Saxarovun işə müdaxilə etməsindən sonra Krıma qayıda bilir. Sovet işğalı dövründə krım tatar milli fəalları daima öz toplantılarını Vəcihə xanımın evində keçirirdilər. Vəcihə xanım hərəkatda fəallıq göstərmiş müxtəlif tapşırıqları icra etmək üçün Moskvaya və Türkiyəyə yollanmışdır. Bundan başqa kütləvi tədbirlərin təşkilində də iştirak edib.
2012-ci ildə həyat yoldaşı dünyasını dəyişib. [3]
Rusiya Federasiyasının Krımı ilhaq etməsindən sonra bir çox krım tatarı milli fəallar kimi təqiblərə məruz qalırlar. 23 noyabr 2017-ci ildə Vəcihə Qaşqa Simferopolda kafelərin birində bir neçə şəxslə birgə həbs edilir. 83 yaşlı Vəcihə Qaşqanın halı pisləşir onu xəstəxanaya aparanda yolda dünyasını dəyişir.[4] Krım Tatar Milli Məclisinin sədri Refat Çubarov onun ölümündən sonra bəyan edib ki Vəcihə Qaşqaya qarşı zor tətbiq edilib. Ukrayna XİN-i ailəyə baş sağlığı verib.[5] Ukraynanın prezidenti Pyotr Poroşenko isə baş verən hadisədə Rusiyanı təqsirləndirib.[6]