Yaqub Şakirəli

Yaqub Şakirəli — krım tatar yazıçı, və şairi[1][2][3].

Yaqub Şakirəli
krımtat. Yaqub Şakir-Ali
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Fəaliyyəti yazıçı, şair

Yaqub Şakirəli 1890-cı ildə Baxçasarayda xırda tacirin ailəsində anadan olub. İbtidai və orta təhsilini Baxçasarayda alıb. 1905-ci ildə Tərcüman qəzetinin nəşriyyatında mətn yığan kimi işə başlayır. İlk dəfə elə bu qəzetdə öz əsərlərini yayımlamağa başlayır. 1916-cı ildən müəllim kimi fəaliyyət göstərir. Türkiyəyə və Kazana yerli ziyalılarla münasibət qurmaq üçün səfərlər edib. "Oxu yaz" (1915), "Məktəb və milli dil" (1916) kimi əsərləri yaradıb. Yaradıcılığında "Qış", "Dan", "Dəniz ilə yel" şeirləri xüsusən fərqlənir. 1917-ci ildə müəllimlər cəmiyyəti onun "Duyğularım" adlı əsərlər toplusunu Baxçasarayda çap etdirir. Sonradan onun 3 şeiri Refat Şakir-Aliyev və Natalya Samburova rus dilinə çeviriblər. 1930-cu ildə dünyasını dəyişib[1][2][3].

  1. 1 2 "Якуб Шакир-Али" (rus). medeniye.org. 2 aprel 2009. 27 mart 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2021.
  2. 1 2 "Якуб Шакир-Али" (rus). ana-yurt.com. 27 mart 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2021.
  3. 1 2 "Yaqub Şakir Ali – zaman sınavlarından keçken şiiriyet" (Krımtatarca). crimeantatars.club. 24 noyabr 2020. 27 mart 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]