Vəfa Təyyarqızı

Vəfa Təyyar qızı Quliyeva (1989, Zərdab rayonu, Azərbaycan SSR) — azərbaycanlı televiziya aparıcısı.

Vəfa Təyyarqızı
Doğum tarixi
Doğum yeri Zərdab rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Dini İslam
Fəaliyyəti televiziya aparıcısı
Fəaliyyət illəri 2011-indiyə kimi

Həyatı[redaktə | mənbəni redaktə et]

Vəfa Təyyar qızı Quliyeva 1989-cu ildə Zərdab rayonunda anadan olub. Orta təhsilini Bakıda Suraxanı rayonu 290 saylı orta məktəbdə alıb. 2011-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fəkultəsinin kinoşünaslıq ixtisasını bitirib. 11 ildən artıqdır ki, jurnalist kimi ATV, ANS, İnterAzSpace telekanallarında müxbir, redaktor və aparıcı kimi fəaliyyət göstərib. Hazırda "Arb24" telekanalında xəbər aparıcısı kimi çalışır.[1]

Ailəlidir, iki övladı var.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Aznews.az. "Vəfa Təyyarqızı: "Qazandıqlarımı o 10 illik yola borcluyam" (az.). Aznews.az. 06.02.2021. 2021-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 iyun 2023.