Vəhşi çöl

Vəhşi çöl

Vəhşi çöl (rus. Дикое поле) — Qara və Azov dənizi ətrafı tarixi çöl əraziləri. Qərbdən Dnestr çayı ilə, şərqdən isə Don və Xoper çayları ilə həmsərhəddir. Ərazi əhalinin az məskunlaşdığı bölgə hesab olunur.

Reç Pospolitaya məxsus, Levasser de Boplanın (Guillaume Le Vasseur de Beauplan) tərtib etdiyi xəritədə ilk dəfə olaraq (1648) "Vəhşi çöl" (Dzike Polie) sözü istifadə edilmişdir. Ərazini məhsuldar olmayan torpaqlarına görə belə adlandırmışdılar. Bəzən sinonim kimi (lat.. Loca deserta) sözündən də istifadə olunurdu. Vəhşi çöl ümumi qəbul edilmiş dəqiq sərhədlərə malik deyildi.

Müasir dövrdə bu bölgəyə Ukraynanın Luqansk, Donetsk, Zaporojiya, Dnepropetrovski, Kirovoqrad, Nikolayev, Odessa, Poltava, Sumı, XarkovXerson vilayətləri, DnestryanıRusiyanın Belqorod, Lipetsk, Tambov, Penza, Voronej, Saratov, Volqoqrad, Rostov vlayətləri daxildir.

İlk yazılı tarixi sənədlərə görə (Herodot və digər qədim tarixçilər), Skiflər Qara dənizin şimalında yerləşən bütün ərazilərdə (Pont dənizinin qədim müəllifləri tərəfindən) yaşayırdılar — lakin əhalisi az olan ərazilərin olması və qorunan sərhədlərin olmaması nəticəsində müxtəlif köçəri xalqların bu ərazilərə daxil olmasına imkan verirdi.

Vəhşi çöl əkinçilik, heyvandarlıq və sənətkarlığın inkişafı üçün əlverişli idi. Kiyev Rus döləti dövründə bu ərazilər yenidən mənimsənilməyə başlanıldı. Ancaq bölgədə olan xəzərlər, peçeneqlər, polevestlərtatarlarlarla daima mübarizə aparmaq lazim idi. Onlardan qorunmaq üçün Kiyevdən, Çerniqovdan və Rusiyanın digər şəhərlərindən knyaz dəstələri göndərildi və mühafizə postları yaradıldı.[1]

1560-cı illərdə ərazidə Oryol, Novosil və Dankov qalaları inşa edildi. Daha sonra cənub koloniya məntəqəsi Belqorod qalası tikildi.[1]

  1. 1 2 Д. Багалей, Д. Миллер. История города Харькова за 250 лет его существования. Монография. — "Паровая типография и литография М. Зильберберг и С-вья", 1905. — Т. 1.