Vəli Qədimov (12 yanvar 1940, Balaxanı – 15 aprel 2009, Balaxanı) — Azərbaycanın xalq artisti, prezident təqaüdçüsü, mahir klarnet ifaçısı.
Vəli Qədimov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Vəli Qədimov |
Doğum tarixi | 12 yanvar 1940 |
Doğum yeri | |
Vəfat tarixi | 15 aprel 2009 (69 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Klarnet ifaçısı |
Fəaliyyət illəri | 1954–2008 |
Musiqi aləti | Klarnet |
Mükafatları |
Əslən Balaxanıdan olan Vəli Qədimov 1940-cı il yanvarın 12-də Bakının Çəmbərəkənd deyilən ərazisilə Dağlı məhəlləsinin qovuşduğu məkanda dünyaya gəlmişdir. Təhsilini 69 nömrəli məktəbdə almışdır.[1] Uşaq yaşlarından klarnet çalmağa başlayan Vəli 14 yaşında artıq tibb işçilərinin mədəniyyət evində Zeynəb Xanlarova ilə birlikdə özfəaliyyət kollektivində iştirak etməyə başlamışdır.
İki ildən sonra, 1956-cı ildə Vəli Qədimovun çalğıçı olmasını nəzərə alan məşhur müğənni Sürəyya Qacar onu Müslüm Maqomayev adına filarmoniyanın ansamblına dəvət edir.
1970-ci ildə o, Baba Salahovun, 1983-cü ildə xalq artisti Zeynəb Xanlarovanın ansamblında aparıcı solist yerini tutmuşdur. Onun ifasında Azərbaycan musiqisi dünyanın bütün qitələrində səslənmiş və sürəkli alqışlarla qarşılanmışdır.
Vəli Qədimova 1987-ci ildə Azərbaycanın əməkdar artisti, 2000-ci ildə Azərbaycanın xalq artisti fəxri adları verilmişdir.
2008-ci ilin avqust ayında isə onun səhhəti qəflətən pisləşib və sənətkar iflic olub.[2] Ömrünün son bir neçə ilini yataqda keçirmişdir.
Uzun sürən xəstəlikdən sonra 2009-cu il aprelin 15-də axşam saatlarında 68 yaşında dünyasını dəyişən[3] Azərbaycanın xalq artisti, prezident təqaüdçüsü, mahir klarnet ifaçısı Vəli Qədimov 16 aprel tarixində Balaxanı qəbiristanlığında əzizlərinin yanında dəfn olunub.[4] Vida mərasimi onun yaşadığı evdə keçirilib.
Vəli Qədimovun ailəsində üç oğul övladı böyüyüb-Fuad, Fərid, Famil, dörd nəvəsi var