Zeynəb Xanlarova (28 dekabr 1936, Bakı) — Azərbaycan müğənnisi, ictimai xadim, SSRİ xalq artisti (1980), Azərbaycan SSR xalq artisti (1975), Ermənistan SSR xalq artisti (1978), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1988), "Heydər Əliyev" ordeni laureatı (2016). Azərbaycan SSR Ali Sovetinin XI, XII çağırış deputatı, (1985–1995). Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV, V çağırış deputatı (1995–2020)
Zeynəb Xanlarova | |
---|---|
Zeynəb Yəhya qızı Xanlarova | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 dekabr 1936 (87 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | opera müğənnisi, siyasətçi |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur[1]. O, 1956-cı ildə M. Ə. Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikomunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü. Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında Leyli və Əsli obrazlarını yaradıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur. Zeynəb Xanlarova Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarından biridir. Haqqında "Salam, Zeynəb!" adlı sənədli televiziya filmi çəkilib.
1961-ci ildən Opera və Balet teatrının solistidir. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında müvafiq olaraq Leyli və Əsli obrazlarını yaratmışdır. Repertuarında muğam (Şahnaz, Mahur, Qatar, Bayatı-Şiraz və s.), təsnif və Azərbaycan xalq mahnıları, Azərbaycan bəstəkarlarının (Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Arif Məlikov, Emin Sabitoğlu, Ələkbər Tağıyev və b.) və şərq xalqlarının mahnıları geniş yer tutur. Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçısıdır. O, həmçinin bir sıra mahnıların da müəllifidir. Dünyanın əksər ölkələrində konsertlər verib və bir çox dillərdə mahnılar ifa edib.
Azərbaycan SSR Ali Sovetinin XI, XII çağırış və Azərbaycan Respublikasının Milli Məclisinin I, II, III, IV və V çağırış deputatı olmuşdur.