Vətənə xəyanət — vətəndaşın öz ölkəsinin suverenliyinə qarşı qəsdən törətdiyi əməldən ibarət cinayət.[1] Vətənə xəyanət edən şəxs xain kimi tanınır.[2]
Dövlətə xəyanətə xüsusilə aşağıdakılar aid edilir: müharibə zamanı düşmən tərəfinə keçmək (kollaborasionizm); dövlət sirrinin və hərbi sirrin verilməsi və açıqlanması; casusluq; hökumətin və başqalarının iradəsinə zidd olaraq düşmənlə ayrı aparılan danışıqlar.