Vətən müharibəsi şəhidləri (sentyabr, 2020)

Siyahı[redaktə | mənbəni redaktə et]

Şəhid
Foto
Rütbəsi
SQ
Ölüm tarixi
Qısa tərcümeyi-halı
Qasımov Abbas Rza oğlu Mayor 27.09.2020 17.03.1986-cı ildə Ermənistanın Masis rayonunda doğulub. Evli. 2 övlad atası. Hərbi ali təhsilli (MTN-nin Heydər Əliyev adına Ajademiyası məzunu). 2007-ci ildən Dövlət Sərhəd Xidmətində xidmət edib. Müharibədə Dövlət Sərhəd Xidmətinin Aviasiya Dəstəsinin şəxsi heyətinin sıralarında qatılıb. 27.09.2020-ci ildə şəhid olub. 2 saylı Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" medalı"Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub.
Gözəlov Xalid Həsən oğlu B/leytenant 27.09.2020 04.11.1996-cı ildə Biləsuvar rayonunda (Aşağı Cürəli) doğulub. Subay. Hərbi ali təhsilli (Dövlət Sərhəd Xidməti Ajademiyası məzunu). 2017-ci ildən Dövlət Sərhəd Xidmətində xidmət edib. Müharibədə Dövlət Sərhəd Xidmətinin Aviasiya Dəstəsinin şəxsi heyətinin sıralarında qatılıb. 27.09.2020-ci ildə şəhid olub. 2 saylı Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" medalı"Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub.
Əliyev Malik Təvəkkül oğlu 13.10.2020