Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyası – Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 iyun tarixli 2217 nömrəli Sərəncamına əsasən yaradılmış Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyası ali və əlavə təhsil proqramlarını, ali təhsilin bütün səviyyələrində kadr hazırlığını həyata keçirən, elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali hərbi təhsil müəssisəsi.[1]
Dövlət Sərhəd Xidməti Akademiyası | |
---|---|
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyası | |
Şüar | "Vətən sərhəddən başlayır" |
Əsası qoyulub | 2007 |
Tip | hərbi akademiya |
Rektor | Rəis General-Mayor Azər İbrahimov |
Şəhər | Bakı |
Ölkə | |
Ünvan | 2920 Gəncə prospekti, Bakı AZ1129 |
Tabeliyində | Dövlət Sərhəd Xidməti |
Dövlət Sərhəd Xidmətinin Akademiyası Prezident İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə yaradılmışdır. Akademiya Dövlət Sərhəd Xidməti üçün xüsusi ixtisaslı ali hərbi təhsilli zabit kadrların, komandir və qərargah zabitlərinin, hərbi elmi işçilərin hazırlanması, onların ixtisasının artırılması, dövlət sərhədinin mühafizəsi və hərbi iş sahəsində elmi tədqiqatların aparılmasını təmin etmək məqsədilə təsis edilmişdir. Akademiyanın yeni binası 10 avqust 2010 tarixində istifadəyə verilmişdir.[2] Binayla əlaqədar maraqlı fakt burasındadır ki, binanın peyk görünüşünə diqqət yetirdikdə burada İlham Əliyevin ad və soyadının baş hərflərini tərs şəkildə rahatlıqla görmək olar.
Dövlət Sərhəd Xidməti Akademiyasının rəisi general-mayor Azər İbrahimovdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının Nizamnaməsi"nin təsdiq edilməsi haqqında 24 iyun 2016-cı il 978 nömrəli fərmanı imzalamışdır.[1]
"Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüş sərhədçilər sırasındakı 4 hərbi qulluqçu Dövlət Sərhəd Xidməti Akademiyasının məzunu olmuşdur.[3]