Vətəndaş haqqında (lat. De Cive) — Tomas Hobbsun əsas əsərlərindən biri. Kitab ilk olaraq 1642-ci ildə Parisdə latın dilində nəşr edilmişdir, ardınca 1647-ci ildə Amsterdamdan iki əlavə latın dilində nəşri buraxıldı. Əsərin ingilis dilinə tərcüməsi ilk dəfə dörd il sonra (London 1651) Hökumət və cəmiyyətlə bağlı fəlsəfi əsasları (ing. Philosophical rudiments concerning government and society) başlığı ilə çıxdı[1].
Vətəndaş haqqında | |
---|---|
lat. Elementorvm philosophiæ sectio tertia de cive | |
Müəllif | Tomas Hobbs |
Janr | esse |
Ölkə | |
Orijinalın nəşr ili | 1642 |
Vikianbarda əlaqəli mediafayllar |
Bu əsərdə Hobbsun sonradan daha dərindən Leviafan traktatında yazacağı mövzulara bu əsərində tanışlıq edir. Məşhur ifadəsi olan bellum omnium contra omnes ("hamının hamıya qarşı müharibəsi") ilk dəfə burda ortaya çıxdı.
De Cive, Hobbs tərəfindən insan şüuru ilə bağlı yazılmış əsərlər trilogiyasının birincisidir. trilogiyadakı digər iki əsər: 1655-ci ildə nəşr olunan De Corpore ("Bədən haqqında") və 1658-ci ildə nəşr olunan De Homine ("İnsan haqqında")dır. Hobbs İngiltərə burjua inqilabından başlamadan əvvəlki siyasi qarışıqlıqlara baxmayaraq, o yazısını bitirə bildi. Bu əsər üç hissədən ibarətdir: Libertas (azadlıq), Imperium (hakimiyyət) və Religio (din). Birinci hissədə o, insanın təbii vəziyyətini təsvir edir, təbiətin qanunlarından bəhs edir; ikincidə isə sabit hökumətin qurulmasının zəruriliyi göstərir. Üçüncü hissədə isə din haqqında yazır.
Kitabın ön hissəsi Jan Matheus tərəfindən oyulmuşdur. Təbiətlə sivil həyatın arasında İncildən Süleymanın məsəlləri 8:15-dən götürülmüş “Padşahlar mənim vasitəmlə padşahlıq edir, hökmdarlar ədalətli hökmlər verir.” (lat. Per me Reges regnant et legum conditores iusta decernunt) sitatı amfora şəklində böyük pərdənin üzərində təsvir olunmuşdur[2].