Vətəndaş jurnalistikası

Vətəndaş jurnalistikası (ictimai jurnalistika adı ilə də tanınır) – jurnalistlərin və onların auditoriyasının siyasətdə və ictimai həyatda baş verən proseslərin yalnız seyrçisi olmaları barədə fikirdən boyun qaçırmaq cəhdidir. Vətəndaş jurnalistikası öz oxucu, dinləyici və tamaşaçıları, eləcə də cəmiyyətin istisnasız bütün üzvləri ilə olay iştirakçısı kimi davranmağı özünə məqsəd bilir. [1] Bu tərif məcburi öhdəlik və qaydalara dayanır.

Vətəndaş jurnalistikası konsepsiyası (eyni zamanda "ictimai", "iştirakçı", "demokratik", "partizan" və ya "küçə" jurnalizmi olaraq da bilinir) vətəndaşların “xəbər və infomasiyanın toplanması, hesabat verilməsi, təhlil edilməsi və yayılması prosesində aktiv iştirak etməsinə” əsaslanır. Vətəndaş jurnalistikasın fərqli açıqlamaları var, məsələn amerikan jurnalisti olan Courtney C. Radsch vətəndaş jurnalistikasını “cox vaxt peşəkar jurnalistika sahəsindəki çatışmazlıqlara cavab olaraq mətbuat orqanlarından kənarda fəaliyyət göstərən infomasiya toplanmasının və hesabat verilməsinin alternativ ve daha fəal növu, hansı ki eyni jurnalisitka praktikalarını istifadə edir lakin müxtəlif hədəflər və ideallıqlarla idarə olunan və ənənəvi və ya ümumi jurnalistikadan fərqli alternativ legitimlik mənbələrinə əsaslanır."

Yeni texnologiyaların istifadəsi, mobil telefonlardan artan istifadə yanı sıra sosial şəbəkələr və media paylaşma saytları, vətəndaş jurnalistikasıni dünya miqyasında insanlar üçün daha əlçatan etdi. Eyni zamanda, yeni mətbuatdakı son inkişafların dərin siyasi təsiri vardır. Texnologiyanın mövcudluğundan dolayı, vətəndaşlar son xəbərlər haqqında ənənəvi mətbuat jurnalistlərinə nisbətən daha sürətli xəbərlər verirlər. 2010-cu ildə Haiti zəlzələsi, Ərəb baharı, “Wall Streeti  işğal et" hərəkatı, 2013-cü il Gəzi parkı etirazları, Ukraynadakı Euromaidan hadisələri və Suriyada vətəndaş müharibəsi və 2014-cü ildə Ferguson qarşıdurması zamanı yayılan reportaj ve xəbərlər vətəndaş jurnalistikasının əhəmiyyətli nümunələridir.

Vətəndaş jurnalistikasınınin tənqidçiləri, o cümlədən peşəkar jurnalistlər və xəbər təşkilatları, vətəndaş jurnalistikasının tənzimlənməmiş, subyektiv, amatör və keyfiyyəti və əhatə dairəsi baxımından təsadüfi olduğunu iddia edirlər.

Vətəndaş jurnalsitikasının pionerlərindən sayılan Devid Perri özünün “Vətəndaş jurnalistikasının kökləri” kitabında həmin öhdəlik və qaydalardan bəzilərini belə ifadə edib:[1]

  • Jurnalist və KİV-i bir qırağa çəkilmiş müşahidəçilər kimi qavramaq əvəzinə, onları ictimai həyatın fəal iştirakçılarına çevirməyə çalışmaq;
  • KİV-i ictimai problemlərin azad müzakirə məkanına çevirmək;
  • Olayları işıqlandırarkən, sıradan insanların yaşamında önəmli rol oynayan iş, olay və problemlərə üstünlük vermək;
  • Yalnız cəmiyyət üzvləri arasında diskussiya və debatlardan (müzakirə və mübahisələrdən) sonra ictimai rəyin necəliyi barədə bəlli qənaətə gəlmək;
  • Jurnalistikadan ictimai kapitalı (sosial sərvəti) artırmaq üçün yararlanmağa can atmaq.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 jurnalistikadersleri.com. "Vətəndaş cəmiyyəti və vətəndaş jurnalistikası". MAY 3, 2015. 2016-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-07.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]