Vətəndaş müharibəsinə şərhlər (latınca: Commentarii de Bello Civili) — Yuli Sezar tərəfindən yazılan, Pompey və Roma senatı ilə olan vətəndaş müharibəsini təsvir etdiyi kitab.[1]
Vətəndaş müharibəsinə şərhlər | |
---|---|
Commentarii de Bello Civili | |
Müəllif | Qay Yuli Sezar |
Mövzu | Müharibə |
Orijinalın dili | İtalyan dili |
Ölkə | Roma Respublikası |
Orijinalın nəşr ili | e.ə. 40 |
Cild | 3 |
Vikianbarda əlaqəli mediafayllar |
Sezarın digər kitabı olan Commentarii de Bello Gallico ilə müqayisə edildiyində sadəcə 3 cilddən ibarət olmasına görə daha qısadır. Ehtimal edilir ki, tamamlanmamışdır. Kitab e.ə. 49–48-ci illər arasında, Sezarın İtaliyanı ələ keçirməsindən qısa müddət əvvəl başlayan və Pompeyin Farsalus döyüşündə məğlub edilməsindən sonra onu təqib edən Sezardan qurtulmaq üçün Misirə qaçması arasında baş verən hadisələrdən bəhs edir. Pompeyin öldürülməsi və Sezarın Misirdəki vətəndaş müharibəsində döyüşən tərəf olaraq İsgəndəriyyə döyüşünə girməsi ilə sonlanır.
Commentarii de Bello Civilinin Sezar tərəfindən yazılıb-yazılmadığı ilə bağlı hər hansı mübahisə yoxdur. Lakin, De Bello Alexandrino, De Bello Africo ve De Bello Hispaniensi adlı kitabların başqaları tərəfindən yazıldığı güman edilir: II əsrdə yaşamış tarixçi Suetonius bu kitabları Aulus Hirtius və Qay Oppiusun yazdığını iddia etmişdir.