V-1 uçan bomba (alm. Vergeltungswaffe 1) — Faşist Almaniyası tərəfindən İkinci Dünya müharibəsinin sonlarına doğru müttəfiq qüvvələrinə qarşı istifadə edilən idarəolunan raketdir.
V-1 "Uçan bomba" | |
---|---|
Tipi | İdarəolunan raket |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1944-1945 |
İstismara başlanması | 1944 |
İstismar edənlər | Faşist Almaniyası |
İstifadə edilən döyüşlər | İkinci Dünya müharibəsi |
İstehsal tarixçəsi | |
Konstruktor | Robert Lusser |
İstehsalçı | Fieseler |
Xüsusiyyətləri | |
Ağırlığı | 2150 kq |
Sürət | 640 km/s |
Uzunluğu | 8.32 m |
Eni | 5.37 m |
Hündürlüyü | 1.42 m |
Vikianbarda əlaqəli mediafayllar |
V-1 Faşist Almaniyası tərəfindən 1939-cu ildə Peenemünde Ordu Tədqiqat Mərkəzində hazırlanmağa başlamışdır. Hazırlanma dövründə bu raketin kod adı "Cherry Stone" olmuşdur. Müharibə dövründə Almaniya tərəfindən işğal edilmiş Fransa və Hollandiya sahillərində yerləşən ərazilərdən atılan V-1 raketləri əsasən London şəhərinin bombardman edilməsi zamanı aktiv istifadə edilmiş, nəticədə şəhərə çox böyük ziyan dəymişdir.