V.İ.Safonov adına Şimali Qafqaz dövlət akademik filarmoniyası

V.İ.Safonov adına Şimali Qafqaz dövlət akademik filarmoniyasıKislovodskda dövlət mədəniyyət müəssisəsi. Əvvəllər — Qafqaz Mineral Sularında Federal Filarmoniya (24 fevral 2014-cü ildə Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin əmri ilə adı dəyişdirilmişdir.[1]) adlanıb.

V.İ.Safonov adına Şimali Qafqaz dövlət akademik filarmoniyası
Filarmoniyanın Kurort Zalı
Filarmoniyanın Kurort Zalı
Yerləşməsi
43°54′05″ şm. e. 42°43′09″ ş. u.HGYO
Ölkə Rusiya Rusiya
Yerləşir Stavropol diyarı
Ünvan Kislovodsk, Karl Marks küçəsi, 3 A
Tarixi
Əvvəlki adı Qafqaz Mineral Sularında Federal Filarmoniya
Əsası qoyulub 1895
Filarmoniya binası
Memarlıq üslubu klassizm
Heyət
Direktor Berejnaya S.V.
Bədii rəhbər Berejnaya S.V.
Digər məlumatlar
Sayt kursal.ru

Qafqaz Mineral Suları şəhərlərində yerləşən on konsert salonundan ibarətdir.

1895-ci ildə Kislovodskda Filarmoniyanın əsas binası olan Kurort Zalı tikildi. Eyni zamanda, bu gün V.İ.Safonov adına Akademik Simfonik Orkestrin adını daşıyan daimi simfonik orkestr yaradıldı. Kurort Zalının yaradılması ideyası o dövrdə Moskva Konservatoriyasının direktoru və Rusiya Musiqi Cəmiyyətinin Moskva bölməsinin sədri vəzifəsində çalışan Vasili İliç Safonova məxsus idi. Safonov əslən Qafqazdan idi və buna görə də tez-tez Kislovodskda olurdu.

Kurort zalı Vladiqafqaz dəmiryolu Səhmdar Cəmiyyətinin vəsaiti hesabına cəmi bir il ərzində "dəmiryolu işlərinin asudə vaxtının təşkili" məqsədi ilə tikilib. Bina belçikalı memar Evgeni Descubes tərəfindən layihələndirilib. Burda Avropa kurortlarının musiqi müəssisələrinin ənənələrində qorunub saxlanılmışdır. Binanın içərisində böyük teatr zalı, kitabxana, restoran və zallar var idi.

1972-ci ildə bu gün simfonik və kamera konsertlərinin keçirildiyi Kurort Zalının əsas binasına daha bir konsert zalı əlavə edildi. Ora V.İ.Safonovun tələbələrindən birinin — Aleksandr Nikolayeviç Skryabinin adını daşıyır. 2000-ci ildə zal əsaslı təmir olunaraq yenidən quruldu.[2]

Hazırda V.İ.Safonov adına Şimali Qafqaz Dövlət Filarmoniyası Jeleznovodsk, Pyatiqorsk, YessentukiKislovodsk şəhərlərindəki konsert salonları, o cümlədən iki orqan zalı olan bir növ musiqi birliyidir. Hər il üç mindən çox müxtəlif janrlı konsertlər keçirilir.

Filarmoniyanın bazasında hər il V.İ.Safonov adına Ümumrusiya Akademik Musiqi Festivalı, simfonik orkestrlərin festivalları, beynəlxalq orqan festivalları, Ümumrusiya müsabiqələri, caz və müasir musiqi festivalları keçirilir. Dövlət Filarmoniyasının səhnələrində Rusiyanın və dünya musiqi sənətinin xadimləri, o cümlədən Denis Matsuyev, Valeri Gergiyevin dirijorluğu ilə Mariinski Teatrının Simfonik Orkestri və başqaları çıxış edirlər.

Filarmoniyada Qafqaz Mineral Sularının mədəniyyəti tarixinə, Filarmoniyaya, Akademik Simfonik Orkestrə aid nadir sənədlər və materiallar, habelə tanınmış mədəniyyət xadimlərinin burada qalması ilə bağlı sənədləri özündə əks etdirən elmi-metodiki şöbə fəaliyyət göstərir. Şöbənin əsas vəzifəsi Dövlət Filarmoniyasının və Qafqaz Mineral Suları bölgəsinin indiki və keçmiş mədəni və musiqi həyatı haqqında maarifləndirmə işini təbliğ etmək və aparmaqdır. Burada musiqiçilər, yazıçılar, rəssamlarla yaradıcılıq görüşləri, kamera konsertləri, sərgilər, ekskursiyalar keçirilir.

Elmi-metodiki şöbənin üç zalının ekspozisiyalarında akademik simfonik orkestrin yaranma tarixi, Kurort Zalının tikintisinin tarixi və Filarmoniyanın banisi Vasili İliç Safonovun həyat salnaməsi təqdim olunur. Yenilənmiş ekspozisiyalar 2007-ci ildən fəaliyyət göstərir.

Hazırda Filarmoniyada 440 işçi çalışır. Onların arasında yaradıcı qruplar var: Safonov adına Akademik Simfonik Orkestri, "Amadeu" Kamera Orkestri, "Helikon Brass" Orkestri, Safonov Filarmoniyasının xoru, "Minstrel" erkən musiqi ansamblı və s.

Şimali Qafqaz Dövlət Filarmoniyasının tərkibinə qırxdan çox solist — vokalçılar, instrumental ifaçılar, musiqişünaslar, müğənilər daxildir.

Musiqi repertuarı mütəmadi olaraq yenilənir və doldurulur.

Şimali Qafqaz Dövlət Filarmoniyasının baş direktoru və bədii rəhbəri — Rusiyanın əməkdar artisti Svetlana Vladimirovna Berejnaydır.

  1. Приказ Министерства культуры Российской Федерации[ölü keçid]
  2. "Календарь государственных праздников Российской федерации, памятных дат и знаменательных событий Ставропольского края на 2011 год". 2015-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]