VI David

VI David Narın (1225, Gürcüstan1293, Kutaisi) — Səlcuq-Baqrationi sülaləsinə mənsub gürcü kralı. Gürcüstan krallığını 1245-1259-cu illəri arasında idarə etmiş, Monqol imperatorluğunun onu qovmasından sonra 1259-cu ildən ölümünə qədər İmereti krallığının hökmdarı olmuşdur.[1]

VI David Narın
დავით VI ნარინი
VI Davidin freskosu
VI Davidin freskosu
bayraq
Gürcü çarı
bayraq2
1245 – 1259
ƏvvəlkiRusudan
SonrakıVII David
1259 – 1293
SonrakıI Konstantin
Şəxsi məlumatlar
Doğum adı დავით VI ნარინი
Doğum tarixi 1225
Doğum yeri
Vəfat tarixi 1293
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti monarx
Atası Qiyasəddin Türkanşah
Anası Rusudan
Həyat yoldaşları Tamar Amanelisdze
Teodora Dukaina Paleologina
Uşaqları I Konstantin
I Mixail
II Vaxtanq
Aleksandri
Ailəsi Baqrationi, Səlcuqlular
Dini Gürcü Ortodoks Kilsəsi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kraliça Rusudan ilə Anadolu Səlcuq Dövləti hökmdarı II Qılınc Arslanın nəvəsi olan səlcuqlu şahzadəsi Qiyasəddin Türkanşahın oğlu olaraq 1225-ci ildə dünyaya gəlmişdir. Monqol işğalından sonra paytaxt Tiflisi tərk edərək Kutaisiyə qaçan Kraliça Rusudan 1230-cu ildə oğlunu vəliəhd elan edir.Rusudan özündən sonra qardaşı oğlunun taxta keçməsinə maneə törətmək üçün onu Səlcuq sultanı II. Qiyasəddin Keyxosrovun sarayına əsir olaraq göndərdi. Öz oğulunu da Moğollar tərəfindən qanuni kral olaraq tanınmaq üzrə Qızıl Orda hökmdarı Batı xanın sarayına göndərdi. Rusudan 1245-ci ildə ölüncə onun yerinə taxta VI David keçdi. Ondan əvvəl taxta keçməsi lazım olan VII David ortalarda görünmədiyindən Gürcü zadəganları bu keçişi təsdiqlədilər. Ancaq Moğol hökmdarlarından Küyük xan VII Davidi də kral təyin etdi,beləliklə krallıq iki kral tərəfindən 1259-cu ilə qədər idarə olundu. VI David Narın 1259-cu ildə Monqol boyunduruğuna qarşı üsyan qaldırıb məğlub oldu və Kutaisiyə qaçdı. Beləliklə ölkə iki yerə bölündü.

İmereti kralı

[redaktə | mənbəni redaktə et]

1270-ci illərdə Monqol hücumlarına qarşı qalib gələn David, 1282-ci ilin aprelində Trabzon imperiyasına hücum etdi. Şərqdəki torpaqlarını işğal etdi, Teodoranı imperatriça elan edərək İmeretiyə qayıtdı. 1293-cü ildə vəfat etdi və yerinə oğlu Konstantin keçdi.

  1. "TBİLİSİ YMCA". Archived from the original on 2004-09-20. İstifadə tarixi: 2022-09-24.