Teodora Komnini (yun. Θεοδώρα Μεγάλη Κομνηνή)(ən geci 1253, Trabzon – ən tezi 1285, Sinop) — 8-ci Trabzon imperatriçası.[2] Bu ünvanı daşıyan ilk Trabzon hakimi.
Teodora Komnini | |
---|---|
| |
1284 – 1285 | |
Əvvəlki | II İohann |
Sonrakı | II İohann |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ən geci 1253 |
Doğum yeri | |
Vəfat tarixi | ən tezi 1285 |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi, Christian nun[d] |
Atası | I Manuel (Trabzon imperatoru)[1] |
Anası | Rusudan Baqrationi |
Vikianbarda əlaqəli mediafayllar |
Atası Trabzon imperatoru I Manuel, anası isə onun gürcü əsilli xanımı Rusudan Baqrationidir. Atasının 1263-cü ildə vəfatının ardından ögey qardaşları Andronik, Qriqori və İohann taxta çıxmışdır. Qardaşı II İohannın gürcülərə üz çevirib Bizans imperatoruna yaxınlaşmasının ardından, bölgədə itirdiyi nüfuzu qazanmaq istəyən İmereti çarı VI Davidlə birləşərək taxtı ələ keçirdi (1284). Dərhal öz adına sikkə kəsdirən Teodora Komnini qardaşının ölkədə olmamasından istifadə edərək onu xain elan etdi.
O əsnada qardaşı II İohann imperator VIII Mixailin qızı Evdokiya Paleoloqla evlənmiş, toy mərasiminin ardından Konstantinopolda qalmışdı. Xəbəri aldıqdan dərhal sonra Trabzona qayıdan II İohann bacısının gürcü dəstəkçilərini məğllub edərək hakimiyyətini bərpa etdi. Teodora isə qaçaraq gizləndi. Qalan həyatıyla bağlı məlumat yoxdur. Bəzi mənbələrdə onun rahibə olaraq kilsəyə qapandığı və ya İmeretiyaya sürgün edildiyi qeyd olunur.