V — Vendetta deməkdir

V — Vendetta deməkdir (ing. V for Vendetta) — 2006-cı ildə ABŞ, Böyük BritaniyaAlmaniya kino studiyalarının ortaqlığı sayəsində fantastika filmi janrında çəkilən filmdir.

V — Vendetta deməkdir
ing. V for Vendetta
Janr triller filmi[1][2][…], antiutopiya filmi[d], döyüş-triller[d], elmi-fantastik ekşn filmi[d], LGBT mövzulu film[d]
Əsas mövzu terrorizm, İnqilab, LGBT mövzulu film[d]
Baş rollarda
Bəstəkar
  • Dario Marianelli[d]
Distribütor InterCom[d], Netflix
İlk baxış tarixi 11 dekabr 2005, 16 mart 2006[9]
Müddət 132 dəq.
Büdcə 54.000.000 $[10]
Gəlir 132.500.000 $[10]
Ölkələr
Dil ingilis dili
Rəng rəngli
Çəkiliş yeri Berlin[11], Strend[11], Trafalqar meydanı[11]
IMDb ID0434409
Mükafatları Saturn Award for Best Actress
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Filmin əvvəlində Barıt sui-qəsdi iştirakçısı olan Qay Foksun tutulması və edam vaxtı təsvir edilir. Ardınca filmdə göstərilən hadisələr yaxın gələcəkdə 2038-ci ildə baş verir. Artıq ABŞ dünya üzərində hegemonluğunu itirmişdir. Böyük Britaniyada hakimiyyətə "Norsefire" partiyasının nümayəndələri gəlmişdir. Bu partiyanın heyəti, dövlətdə sürətlə yayılan virusun qarşısını almaq üçün müəyyən tədbirlərin görülməsini öz üzərinə götürmüşdür. 4 noyabr tarixində Qay Foksun maskasını taxan və özünü "V" adlandıran naməlum şəxs, "Federal Təhqiqat Bürosu" tərəfindən yaxalanan "BTN" (British Television Network) assisenti olan İvi Hemmondu xilas edərək, buradan qaçırır. "V", İvini xilas edərək onu damın üzərinə aparır və bir neçə dəqiqədən sonra 5 noyabr tarixinə qədəm qoyulur. Bu zaman Londonun küçələrində Pyotr Çaykovskinin "1812-ci il" adlı uvertürasının sədaları altında atəşfəşanlığın partlaması müşahidə olunur. Bu ərəfədə "V", televiziya efirində Parlamentin xəstəliyin məhv edilməsi üçün gördükləri tədbirlərin hamısınını yalan olduğunu etiraf edir. Bu etirafdan sonra bir qrup mühafizəkar dəstə onu yaxalayır, lakin bu zaman "BTN" əməkdaşı İvi onu xilas edir.

"V" onu yaşadığı "Kölgələr qalereyası"na aparır. Bir müddət sonra "V", İvinin köməkliyi ilə pedofil xəstəliyindən əziyyət çəkən yepiskop Entoni Lillemanın evinə gedir. İvi yepiskopa "V" adlı naməlum şəxsin planını danışır, lakin Entoni ona inanmayaraq üzərinə hücum çəkir. Bu zaman "V" peyda olaraq yepiskopu öldürür və İvi buradan "BTN" sədrlərindən biri Qordon Ditrixin yanına qaçır. Qordon televiziyada Parlamentə qarşı müxtəlif təhdidlər ünvanlayır. Bu səbəbdən mühafizəkar dəstə Qordonu həbs edir və İvi qaçmağa çalışsa da, onu yaxalayırlar. Uzun müddət keçdikdən sonra İviyə "V" haqqında məlumat bildirməsinə məcbur edirlər. Əks təqdirdə İvi "V" haqda bildirməsə, onu öldürəcəklər. Bu zaman İvi könüllü olaraq ölmək istəyini bildirir və onu bu ifadəyə görə azad edirlər. İvi həbsxanadan çıxdıqdan sonra anlayır ki, bütün bu müddət ərzində "Kölgələr qalereyası"nda saxlanılmış və bütün bu işlərin başçısı "V" adlı naməlum şəxsdir. "V" ona Qordonun öldürüldüyünü bildirir. İvi isə ona çəkilən əzablar səbəbindən ondan nifrət edir. Amma İvi başa düşür ki, "V" tərəfindən qurulan bütün hadisələr ona daxilindəki qorxunun dəf etməsinə kömək etmişdir. Bir müddət sonra "V" ona partlayıcının metronun qatarında saxlanıldığını və bunun Parlamenti məhv etməsi üçün düzəltdiyini bildirir. Bu ərəfədə "V", kansler Satler və təhlükəsizlik bürosunun müdiri Kridi ilə rastlaşır. Qısamüddətli döyüş zaman "V" onları və dəstə nümayəndələrini öldürür. Lakin bu zaman "V" ağır yaralanır və İvinin əlləri üzərində canını tapşırır. Bu müddətdə "V" adlı naməlum şəxsin işləri ilə məşğul olan Erik Frenç Parlamentin hiylələrindən xəbər tutur. İvi isə həmin partladıcının saxlanıldığı qatarı işə salaraq Parlament yolu üzrə istiqamətləndirir. Erik qatarın hansı məqsədlə işə salınaraq hərəkət etməsini bilsə də, onun qarşını almır. Parlament məhv olur və əhali yenidən saf səhifəni yaşamağa başlayır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]