Xlupyanets 4 iyun 1996-cı ildə Donetskdə anadan olub və 91 saylı məktəbdə təhsil alıb.[2]Donetskin separatçı qüvvələr tərəfindən işğalından sonra onun ailəsi Jitomir vilayətinin Naroditski rayonunun Starıy Doroxin kəndindəki qohumlarının yanına köçüb. O, 2014-cü il iyunun 16-dan mühacir kimi Naroditski qəsəbəsində yaşayıb.[4][5]
O, Kiyev Xoreoqrafiya Texnikumunu bitirib.[6] 2015-ci ildə Kiyev Milli Akademik Operetta Teatrında balet artisti kimi işə başlayıb. O, həmçinin idmanla, o cümlədən futbol və şahmatla məşğul olub, teatrın idman həyatında fəal iştirak edib. 2017-ci ildə o, Kiyevdə teatr komandaları arasında keçirilən mini-futbol turnirində ən yaxşı bombardir kimi tanınıb.[7]Hip-hop musiqisi onun hobbilərindən biri idi.[2]
Ukraynaya edilən hücumun əvvəlində o, Ukrayna Silahlı Qüvvələri sıralarına qoşulub. Daha sonra isə milli qvardiyanın "Svoboda legion" döyüş bölməsində könüllü olaraq cəbhə bölgələrinə gedib. Maqnumun çağırışı ilə Rubijne, Sievierodonetsk, Lisiçansk və Zaitsevedə oldu.[2]
Xlupyanets 15 noyabr 2022-ci ildə Baxmut yaxınlığında snayper gülləsindən ölür, ilkin olaraq onun ölüm tarixi 13 noyabr olaraq qeyd edilsə də, sonradan tarix dəqiqləşdirildi.[8][9][10][11][12][13][14][15][16]
Xlupyanetslə vida mərasimi noyabrın 24-də Kiyev Milli Akademik Operetta Teatrının binasında, Vadimin məşq etdiyi, lakin tamaşaçı önündə çıxışının baş tutmadığı italiyalı Matteo Spiazzinin rejissoru olduğu "Balo" tamaşasının premyerası günü baş tutdu (Kollektivin Vadimə həsr etdiyi ilk premyera tamaşası). Mərasimdə mərhumun yaxınları, həmkarları , hərbçilər və sıravi vətəndaşlar da iştirak edib.[17]
↑"Оперета- ЧЕМПІОН!"(ukrayna). Kyiv National Academic Theatre of Operetta. 2017-06-20. 2017-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.