Vadim Xubanov

Xubanov Vadim Ələddin oğlu (1963, Moskva) — Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini.

Vadim Xubanov
Şəxsi məlumatlar
Doğum tarixi 1963
Doğum yeri
Təhsili
Fəaliyyəti iqtisadçı

Təltifləri "Tərəqqi" medalı

Vadim Xubanov 1963-cü ildə Moskva şəhərində anadan olmuşdur. 1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1985-ci ildə SSRİ Dövlət Bankının Azərbaycan Respublikası kontorunun baş iqtisadçısı vəzifəsində başlamışdır.

1985-ci ildən 1987-ci ilədək ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.

1987-ci ildən SSRİ Dövlət Bankının Azərbaycan Respublikası kontorunun 26 Bakı komissarı adına rayon şöbəsində iqtisadçı, həmin ildən Mənzil-kommunal Təsərrüfatı və Sosial İnkişaf Bankında iqtisadçı, böyük iqtisadçı, I dərəcəli iqtisadçı işləmişdir. 1991-ci ildən Azərbaycan Respublikası Xarici Əlaqələr Bankında Kredit-plan şöbəsinin rəisi, 1992-ci ildə Azərbaycan Respublikası Beynəlxalq Bankında İqtisadi təhlil, beynəlxalq əlaqələrin inkişafı müdiriyyətinin direktoru vəzifəsində işləmişdir. 1993-cü ildən Səhmdar-Kommersiya Beynəlxalq Bankı İdarə Heyəti sədrinin müavini, 1995-ci ildən isə İdarə Heyəti sədrinin birinci müavini işləmişdir.

1996-cı il iyunun 14-dən Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü, həmin ilin sentyabrın 24-dən isə İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir. 2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ikinci dəfə, 2006-cı ilin dekabr ayında üçüncü dəfə, 2012-ci ilin fevral ayında dördüncü dəfə, 2017-ci ilin mart ayında isə beşinci dəfə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü seçilmişdir.

Hazırda Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvüdür, Azərbaycan Republikası Mərkəzi Bankı sədrinin müavini vəzifəsində çalışır.[1]

2012-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Ailəlidir, 2 övladı var.

  1. "Azərbaycan Respublikası Mərkəzi Bankı: İdarə heyəti: Vadim Ələddin oğlu XUBANOV" (az.). cbar.az. 2016. 2018-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-16.